Müzaribə zamanı zərərin təmin edilməsi

Sərmayə, işlədicinin əlində əmanət (vədia) hökmlərinə tabedir. Çünki onu sahibinin icazəsi ilə qəbul etmişdir. İşlədici, müzaribə müqaviləsindəki şərtlərə əməl etməzsə və ya səhlənkarlığı və ya qəsdən hərəkətləri nəticəsində sərmayənin itirilməsinə səbəb olarsa, zərəri ödəməsi lazımdır.[1]


Sərmayə, işlədicinin əlində onun günahı olmadan məhv olarsa, o, zərəri ödəmək məcburiyyətində deyil. Çünki o, sərmayənin idarəsində sərmayə sahibinin vəkilidir. Səhvi olmayanda, vedia kimi, zərərə görə məsuliyyəti yoxdur. İlin sonunda zərər ortaya çıxarsa, bu yalnız sərmayə sahibinə aiddir. Zərər əvvəlcə qazancdan çıxılır. Qazanc kifayət etməzsə, əsas kapitaldan qarşılanır. Bu halda işlədici heç bir şey almaz. Onun əməyinə görə qarşılıq olmayacaq və əməyini itirmiş olacaq.


Müzaribə müqaviləsində, zərərin tam və ya qismən işlədici şəxsə aid olacağı şərti qoyularsa, Hənəfi və Hənbəli məzhəbinə görə, bu şərt batil, müzaribə müqaviləsi isə düzgün olar. Şafii və Maliki məzhəbinə görə isə, bu halda müzaribə müqaviləsi fasid olur. Çünki bu şərt müqavilənin təbiətinə zidd bir qeyri-müəyyənlik halı olaraq əlavə edilmişdir.[2]

[1] əs-Səraxsi, a.g.e, XXII, 19; əl-Käsäni, a.g.e, VI, 87; ibn Rüşd a.g.e, II, 234; əş-Şirazi, a.g.e, I, 388; ibn Qudamə, a.g.e, V, 69; İbnü'l-Hümam, a.g.e, V, 58.
[2] ibn Rüşd, a.g.e, II, 236; ibn Qudamə, a.g.e, V, 25.

Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın /  Baskı Tarihi: İstanbul / 2016 

Müzaribə zamanı qazancın paylaşılması