Audit Xidmətləri

Audit Xidmətləri: Adil Finans olaraq, İslami Audit xidmətimizi təqdim edirik. İslam maliyyəsi prinsiplərinə uyğun olaraq hazırlanmış bu xidmət, müəssisələrin və fərdlərin maliyyə əməliyyatlarının Şəriətə uyğunluğunu təmin etmək məqsədi daşıyır.

Xidmətimizin Məqsədi: İslami Audit xidmətimizlə, maliyyə əməliyyatlarınızın və qərarlarınızın İslam qaydalarına uyğunluğunu təmin edirik. Şəriətə uyğunluq, dürüstlük və şəffaflıq əsas prinsiplərimizdir.

Xidmətimizin Üstünlükləri:

  1. Maliyyənin İdarəsinin: Təcrübəli İslam maliyyə mütəxəssislərimiz, Maliyyə əməliyyatlarınızı və hesabatlarınızın Şəriətə uyğunluğunu yoxlayır və qiymətləndirir.
  2. Alqı Satqıda uyğunluq: Audit prosesimiz zamanı biznesinizdə alqı satqı prosesi zamanı şəriət standartlarına uyğunluq yoxlanılır.
  3. Əməkdaşlarla münasibət: İş mühiti, əməkhaqqı və işçilərlə münasibətlərin uyğunluğunun yoxlanması.
  4. Şəriklər və Partnyorlar arasındakı uyğunluq: İslami Audit xidmətimiz, maliyyə risklərini azaldaraq, daha sağlam və Şəriətə uyğun şəriklik və partnyorluqların qurulmasını təmin edir.
  5. Yenilikçi Yanaşma: Müasir audit texnologiyalarını və metodlarını istifadə edərək, dəqiq və səmərəli nəticələr əldə edirik.
  6. Borc müqavilələrin uyğunluğu: İş prosesində gedişat auyğun borc müqavilələrinin İslami prinsiplərə uyğunluğu əsas tələblərdən biridir. Əsasən faiz (riba) təhlükəsinin olduğu sektorlardan biri olduğu üçün ekspertlərimiz bu sahəyə xüsusi diqqət edirlər.

Adil Finans ilə İslami Audit xidmətindən faydalanaraq, maliyyə əməliyyatlarınızın Şəriətə uyğunluğunu təmin edin və müəssisənizin etibarlılığını artırın. Bizimlə, maliyyə proseslərinizin İslami qaydalara tam uyğun olduğunu bilmək sizə rahatlıq verəcək.


Əlaqə saxlayın