Müzaribə üçün sərmayə verildiyi zaman, qazancın paylaşılma şərtlərinin də müəyyən edilməsi lazımdır. Qazanc, sərmayə sahibi ilə işlədən arasında 1/2, 1/3, 2/3 kimi müəyyən bir pay olaraq təyin edilir. Gəlir çox olarsa, tərəflərin alacağı qazanc payı da artır. Müzaribədə müqavilənin mövzusu qazanc təşkil etdiyi üçün, bunun bilinməməsi müqavilənin etibarsız olmasına səbəb olar.[1] Müzaribə müqaviləsində, qazancın tərəflər arasında ortaq olduğu qeyd edilsə də müzaribə ortaqçılığı keçərli olur. Ancaq bu halda qazanc yarı-yarıya bölünər. Çünki ortaqçılıq, başqa cür təyin edilmədiyi halda, prinsip olaraq bərabərlik tələb edir.[2]
Müzaribədə sabit bir qazancın şərt qoyulması keçərli deyil. Belə bir şərt müzaribəni də etibarsız edər. Çünki müzaribə qazancda ortaqçılığı tələb edir. İşlədən yalnız müəyyən olunmuş sabit qazancı əldə edərsə, qarşı tərəf heç nə almaz. Buna görə də ortaqçılıq baş verməz. Məsələn; bir kəs 1 kq 22 əyar qızılı 40 % sabit qazanc almaq şərti ilə müzaribə yolu ilə işlədici şəxsə versə, ilin sonunda bütün qazanc 400 qram qızıldan ibarət olsa, işlədən şəxsin zəhməti qarşılıqsız qalar. 150 % qazanc əldə edildikdə isə sərmayə sahibi əsas kapitalın 40 %-ni az hesab edə bilər. Digər tərəfdən əsas kapitalın %40-ı deyildikdə bu faiz olar. Bu halda müzaribə əməliyyatı etibarsız sayılacağından bütün qazancı sərmayə sahibi alar, işlədən isə yalnız əməyinin qarşılığını (əcr-i misil) ala bilər.[3]
Müzaribə müqaviləsində, işlədici şəxsin ilin sonunda əldə olunacaq qazanca əsasən müəyyən bir məbləği avans olaraq alması razılaşdırıla bilər. İslam hüquqçularının əksəriyyəti işlədici şəxsin xüsusilə şirkətlə bağlı xarici səfərlərdəki şəxsi xərclərini də ortaqçılıqdan ala biləcəyini qəbul etmişdir. Yemək, içmək, geyim və digər normal xərclər bunlar arasındadır.
İşlədici şəxsin həm şəxsi xərcləri, həm də avans olaraq aldığı məbləğlər ilin sonunda qazancın ona düşən hissəsindən tutulur. Əgər qazanc bu xərcləri qarşılamazsa, yalnız yaşayış ehtiyaclarına daxil olan şəxsi xərcləri əsas kapitaldan qarşılanar. Şafi'i məzhəbinin ən məşhur görüşünə görə, sərmayə sahibinin icazəsi olmadıqca, işlədici şəxs şirkət malından nə səfərdə, nə də qayıtdıqda öz yaşayış xərclərini ödəyə bilməz.[4]
[1] əs-Səraxsi, a.g.e, XXII, 27; əl-Käsäni, a.g.e, VI, 85; ibn Rüşd, a.g.e, II, 234; əş-Şirazi, a.g.e, I, 385; ibn Qudamə, a.g.e, V, 30; ibn Abidin, a.ge, IV, 505.
[2] Nisa, 4/12.
[3] əs-Səraxsi, a.ge, XXII, 27; əl-Käsäni, VI, 85 vd.
[4] əl-Käsänl, a.g.e, VI, 105; İbnü’l-Hümam, a.g.e, V, 81; əs-Səraxsi, a.g.e, XXII, 63; ibn Rüşd, a.g.e, II, 238;
ibn Abidin, a.g.e, IV, 512.
Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın / Baskı Tarihi: İstanbul / 2016