Müzaribə nədir? - Müzaribə ortaqlığı

Müzaribə "darb" kökündən gələn bir sözdür və əsas mənası ticarət üçün səyahət etməkdir. Əmək-sərmayə ortaqlığına İraq bölgəsi "Müzaribə", Hicaz bölgəsi isə "Kiraz (kredit)" terminini istifadə etmişdir. Bu ortaqlığa "Müamilə" də deyilir. Müzaribə bu şəkildə izah edilmişdir: Sərmayə sahibinin müəyyən bir miqdarda sərmayəni ticarət etmək üçün işlətməyə verməsi və əldə olunacaq qazanca razılaşdırılmış şərtlərə uyğun olaraq ortaq olmalarıdır. Zərər isə yalnız sərmayə sahibinə aiddir. İşlətməçi zərərə qatlanmır, lakin əməyi boşuna gedir. Burada sərmayə sahibi qazancı sərmayəsinə görə, işlətməçi (müzarib) isə əməyinə görə haqq qazanır. Müzaribə qısaca olaraq; sərmayə bir tərəfdən, bunu işlətmək digər tərəfdən olmaqla qurulan "əmək-sərmayə ortaqlığı" kimi də izah edilmişdir. [1] 

Başqasına sərmayə verib istifadə etmədə qazancın hamısının sərmayə sahibinə aid olacağı şərt qoyularsa, bu əməliyyat "bidəə" adlanır, qazancın hamısının işlədənə aid olacağı şərt qoyularsa, "qarz-ı hasən" əməliyyatı baş verir.

Müzaribənin qanuniliyi Quran, Sünnət və İcma'ya əsaslanır.

Qurandan dəlillər: Qurani-Kərimdə müzəribədən birbaşa bəhs edən ayə olmamaqla bərabər, yerdə gəzişərək ticarət etmənin qanuni olduğunu bildirən ayə və ticarətin ümumilikdə qanuni bir qazanc yolu olduğunu ifadə edən bəzi ayələr müdəribəni də əhatə edir.

Uca Allah belə buyurur: “Allah sizin içinizdən xəstələri, yerdə gəzişib (Allahın lütfünü axtaranları və Allah yolunda döyüşənləri bilmişdir.” (Bəqərə, 2/273) “Namaz qılındıqdan sonra yerdə dağılın və Allahın lütfündən axtarın.” (Cümə, 62/10) “Rəbbinizin ruzisindən axtarmağınızda sizin üçün bir günah yoxdur.” (Bəqərə, 2/198)

Sünnətdən dəlillər: İbn Abbas (r.a.) belə demişdir: Abbas (r.a.), müzaribə yolu ilə sərmayə verdiyi zaman, ortağına bu sərmayə ilə dəniz yolculuğuna çıxmamasını, bir vadidə qalmamasını və canlı heyvan satın almamasını şərt qoyardı. Əgər bunları edər və zərər görərdisə, əsas pulu geri qaytarmaq məcburiyyətində qalacaqdı. Onun müzaribədə irəli sürdüyü bu şərtlər Allahın Elçisinə çatmış və O, buna icazə vermişdir.[2]  Hakim ibn Hizam (r.a.) da müzaribə yolu ilə sərmayə verərkən oxşar şərtlər irəli sürmüşdür. Digər tərəfdən, Hz. Ömərin yetimlərə aid olan malı, Hz. Osmanın isə öz malını müzaribəyə verdiyi, Cəbirin (r.a.) müzaribə ortaqlığında bir problem görmədiyi nəql edilmişdir.[3] [4] 

Suhayb (r.a.), Hz. Peyğəmbərin belə buyurduğunu rəvayət etmişdir: “Üç şeydə bərəkət vardır: vadi ilə satış, müdaribə (mudaraba) və satmaq üçün deyil, evdə yemək üçün arpa ilə buğdanı qarışdırmaq.” İbn Hazm belə demişdir: "Kitab və sünnətdə müdaribəni açıq şəkildə təyin edən bir dəlil olmasa da, bu barədə açıq bir icma (görüş birliyi) mövcuddur. Çünki biz, Hz. Peyğəmbər dövründə müdaribənin tətbiq edildiyini və Allah Elçisinin də bunu təsdiq etdiyini dəqiq bilirik. Əgər belə olmasaydı, müdaribə caiz olmazdı.”[5] 

Bu mövzuda başqa bir tətbiq Hz. Ömərin xilafəti dövründə olmuşdur. Ömərin (r.a.) iki oğlu Abdullah və Ubeydullah İraq ordusuna qoşulurlar. Lakin geri qayıtmaq üçün pulları qalmadıqda, vali Əbu Musa əl-Əş'ariyə (Ö.44/664) müraciət edirlər. Əbu Musa onlara belə deyir: “Sizə beytülmaldan kredit verim. Buradan mal alıb Mədinədə satarsınız. Sərmayəni möminlərin Əmirinə qaytararsınız, qazancı isə aranızda bölüşərsiniz.” Abdullah və Ubeydullah İraqdan aldıqları malları Mədinədə sataraq qazanc əldə edirlər. Sərmayəni Hz. Ömərə gətirdikdə, o belə deyir: 

- Əbu Musa, sizin kimi bütün orduya da kredit verdi mi? "Xeyr," cavabını aldıqda isə belə deyir:

- Sərmayəni və əldə etdiyiniz qazancı beytülmala qaytarın. 

Ubeydullah isə belə dedi:

- Mal yolda məhv olsaydı, zərəri ödəyəcəkdik. Bu vaxt başqa bir səhabə söz alaraq belə deyir:

- Ey Ömər, bəlkə, bu sərmayəni kredit olaraq qəbul edəsiniz, yəni bunu müzaribə kimi dəyərləndirsəniz. Beləliklə, sərmayənin hamısı və qazancın yarısı beytülmala, qazancın digər yarısı isə Hz. Ömərin iki oğluna veriləcək. Ömər (r.a.) buna razı oldu və hökm tətbiq edildi.[6] 

İslamda müzaribə ortaqlığı, uzun və ya qısa müddətli hər cür kredit təmin etmək üçün əlverişli bir ortaqlıq növüdür. Cəmiyyətdə əllərində böyük məbləğdə nağd pulu olan bir çox insanlar bu pulu yatırım etmək, ticarətdə istifadə etmək istəyir. Ancaq bilikləri, təcrübələri və ya sağlamlıqları uyğun olmadığı üçün bu arzularını reallaşdıra bilmirlər. Digər tərəfdən, cəmiyyətdə bilikli, bacarıqlı və ticarətə meyilli bir çox insan da sərmayə çatışmazlığı səbəbindən ticarətə başlaya bilmir. Muzaribə şirkəti məhz bu iki bir-birinə ehtiyac duyan elementi bir araya gətirir və hər iki tərəf bundan fayda görür. Cəmiyyətdə istifadəsiz qalan sərmayələr və iş tapa bilməyən bacarıqlar dəyərləndirilmiş olur. Bu növ ortaqlıq tamamilə etibara əsaslanır. İşi idarə etməyi öz üzərinə götürən ortaq etibara layiq olmağa çalışır. Beləliklə, dürüst iş adamları meydana çıxa bilər.


[1] əs-Səraxsi, a.g.e, XXII, 18; İbnü’l-Hümam, a.ge., VII, 57 vd; ibn Abidin, ag.e, IV, 504; əz-Zühayli, a.g.e, IV, 836 vd
[2] əz-Zeylai, a.g.e, IV, 114; əl-Heysəmi, Məcmau’z-Zəvaid, IV, 161.
[3] əz-Zeylai, a.g.e, IV, 114, 115.
[4] əz-Zeylai, a.g.e, III, 475; əs-San’äni, Sübülü’sSeläm, III- 76. Bu hədisin isnadı zəifdir. 
[5] əz-Zühayli, a.g.e IV, 838.
[6] Malik, Muvatta, Kıraz, 1; əz-Zeylai, a.g.e, IV, 113


Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın /  Baskı Tarihi: İstanbul / 2016 

Ağac əkmə şərikliyi (müğarisə)