İki və daha çox şəxsin aralarında tən bərabərlik olmaqla şirkət müqaviləsi bağlayaraq, şirkət sərmayəsi olacaq bütün mallarını şərikliyə qoyaraq, sərmayə miqdarları, qazanc və zərərləri hər iki tərəfə eyni müəyyən edilibsə, bu şirkət növünə “müfavizə şirkəti” deyilir. Bu şirkət qardaşlar və bir-birinə çox etibar edən sərmayə sahibləri arasında qurulan, hədislərdə bərəkətindən bəhs edilən bir şəriklikdir.[1]
Buradakı şəriklər bir-birinin həm vəkili, həm də zaminidir (kəfilidir).[2] Bu, dövrümüzdəki kollektiv şirkətlərdən daha qüvvətli bir şirkət növüdür. Çünki şəriklərin məsuliyyəti, şirkət sərmayəsi olan bütün mallarını əhatə edir.
[1] Bax. İbn Macə, Ticarat, 83.
[2] Bax. Kasani, “Bədai”, VI, 60; İbn Abidin, “Rəddül-Muxtar”, III, 369.
Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014