Əmək-sərmayə şərikliyi - Mudaraba (müzaribə)

Əmək-sərmayə şərikliyi (müzaribə) bir tərəfin iş gücünü, digər tərəfin sərmayəsini qoyaraq əmələ gətirdikləri şirkət növüdür və qazanc miqdarının bölgüsü müqavilə ilə müəyyən edilərkən, zərərə yalnız sərmayə qoyan məruz qalır. Lakin zərər olduqda, işi görən bir şey ala bilmədiyi üçün onun da əməyi əbəs yerə getmiş olur. Zərərin meydana gəlməsində əmək sərf edənin qəsd-qərəzliyi, qüsuru, kobud ehtiyatsızlığı və ya səhlənkarlığı olarsa, o da zərər çəkməlidir. Müdaribədə kapital sahibi ticarət növünü, məkanını və müddət qoyma kimi bir sıra şərtlər qoymuşsa, iş görən bunlara əməl etməlidir. Eyni zamanda sərmayə sahibi iş görənin müqavilədəki əsas lara riayət edib-etmədiyinə daim nəzarət etmə hüququna malikdir. 

Zəmanəmizdəki faizsiz banklar əmək-sərmayə (müdaribə) şərikliyi əsasında fəaliyyət göstərir. Müəssisə iş görən (müdarib) vəsfi ilə qoyulan investisiyaları faizsiz yollarla müəyyən edilmiş müddətlərə görə istifadə edib, müəyyən müddət sonra əldə edilən qazancın təqribən 20 % alır. Geri qalan 80 % də pul qoyanlara sərmayələri nisbətində bölüşdürülür.


Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014  

İş qüvvəsi şərikliyi (sənaye və ya əbdan şirkəti)