İş qüvvəsi şərikliyi iki və ya daha çox şəxsin mal və sərmayə yerinə iş və bacarıqlarını, ya da təşəbbüs güclərini birləşdirərək qurduqları şəriklik növüdür. Müqavilə bağlayan iki şəxsin, ya da iki dərzinin birləşərək, işləri birgə öhdələrinə götürmələridir. Onların birinin aldığı iş digərinə də aiddir və axırda qazancı bölüşdürərlər, eləcə də zərərə birlikdə şərikdirlər.
Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014