İnan şərikliyi

İnan şərikliyi iki və ya daha çox şəxsin bərabər və ya fərqli miqdarlarda sərmayə qoyaraq, ticarət etmək və əldə edilən qazancı aralarında paylaşmaq üzrə şəriklik qurmasıdır. Buradakı şəriklər qazancı aralarında müəyyən etdikləri şərtlər əsasında bölüşdürərlər, zərərləri isə prinsip olaraq qoyduqları sərmayə göstəricilərinə görədir. Şirkətin işlərini idarə edən və ya şirkətdə işləyən şərik, maaş yerinə qazancdan pay ala bildiyi kimi, il sonundakı qazanca görə avans qəbilindən maaş da ala bilər. Şafeilərə görə isə, şirkətdə işləyən şəxs maaş müqabilində işləyər.

Şəriklərin payları şirkətin bütün malına görə olduğu üçün vaxtaşırı edilən “yenidən də yərləndirmələrlə” şirkətin ana pulu və qazanc miqdarını hesablamaq lazımdır. Bu real dəyərlər “hissə sənədlərinə” əks etdirildikdə də tədavüldəki və ya birjadakı həqiqi dəyər ortaya çıxar. Başlanğıcda ana pul qızıl və ya dəyişməyən valyuta olaraq müəyyən edilibsə, həqiqi qazancı hesablamaq çətin olmaz.


Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014  

Müfavizə şərikliyi