Ağac əkmə şərikliyi (müğarisə)

Meyvəsi olmayıb yalnız materialından istifadə edilən qovaq, şam və digər ağac növləri üzərində də şəriklik müqaviləsi bağlana bilər.[1]  

Müsəlmanlar arasında qurulan şəriklikdə, şirkətin nizamnaməsi hazırlanarkən halalı haram, haramı ha lal edən maddələrin qoyulmamasına diqqət edilməlidir. Bununla yanaşı, zəmanəmizdəki ticarət şirkətlərində qazanc bölgüsü, hissə sənədlərinin qiyməti, alğı-satqısı, sərmayənin artırılması, şirkətin idarəsi, sahibkarlıq, sahibkarlığa bağlı şirkətlərin öz aralarındakı ticari münasibətlər, şirkətin mülkiyyət dəyişdirməsi, fəsxi və ya iflası kimi şəriklərin bir-birinin haqqına təcavüz etməsinə imkan verən müqavilələrin İslami hökmünü mütəxəssisdən soruşub araşdırmaq sahibkarın əsas məqsədi olmalıdır.


[1] Geniş məlumat üçün bax. Hamdi Döndüren, “İslami Ölçülerle Ticaret Rehberi”, s. 107. 


Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014 

Bağ şərikliyi (müsaqat)