Təktərəfli İradə ilə Meydana Gələn Əqdlər

İslam hüququnda tək tərəfli iradə ilə şəxsi borc altına salan müxtəlif təsərrüflər mövcuddur. Bunlardan başlıcaları aşağıdakılardır:


Vəqf:

Vəqf, malı təsərrüf xaricində buraxıb, gəlirini Allah rizası üçün bir xeyir işinə həsr etməkdir. Məsələn, məscid, məktəb, xəstəxana kimi xeyriyyə müəssisələri tikmək və onları vəqf etmək. Vəqfin gəliri yalnız vəqf edən tərəfindən müəyyən edilmiş xeyir yönünə xərclənir. Vəqf təsərrüfü yalnız vəqf edən şəxsin iradəsi ilə nəticələrini meydana gətirir. Əgər vəqf bir şəxs üzərinə vəqf edilmişdirsə, həmin şəxsin bunu qəbul etməmək haqqı vardır.




İbra:

Bir şəxsin başqa birisindəki haqqını düşürməsinə "ibra" deyilir. Alacağın, borclunun zimmetində sabit olan alacağını düşürməsi kimi. İbra təsərrüfü, borclunun qəbuluna bağlı olmadan tamam olur. Lakin borclunun bunu qəbul etməmək haqqı vardır. Çünki ibrada temlik (əmlakın keçməsi) xüsusiyyəti vardır və bir şeyi zorla heç kimə temlik etmək olmaz. Malikilərə görə isə, ibra borclunun qəbul etdiyi halda nəticə verir, çünki o, hədiyyə və sədəqə kimi qəbul şərti qoyulan temliklərdəndir.


Vəsiyyət:

Vəsiyyət, təbərrü yoluyla ölümündən sonraya yönəldilən bir təsərrüfdür. Vəsiyyət, vəsiyyət edən şəxsin iradəsi ilə tamam olan bir təsərrüfdür. Lakin Hənəfilərə görə, lehinə vəsiyyət edilən şəxs bunu qəbul etməzsə, bu təsərrüf keçərsiz olur. Digər tərəfdən, vəsiyyətin bağlayıcı bir əqd olmadığı barədə fikir birliyi vardır. [1] Yəni vəsiyyəti edən şəxs, istədiyi zaman bu vasiyyətdən dönə bilər. Çünki vasiyyət onun ölümü ilə qüvvəyə minir.


Yəmin:

Bir şeyi etmək və ya etməmək üçün bir şəxsin yəmin ifadə edən sözlərlə ifadələrini gücləndirməsidir. Məsələn, "Vallah bu tələbəyə təhsil aldıracağam" demək kimi. Bu şəxsin yəmininə əməl etməsi dini baxımdan vacibdir. Əks halda yəmin pozulmuş sayılır və yəmin kəffarəti gərəkdirir. [2]


Kəfalət:

Hənəfilərə görə, kəfalət; kəfilin, borc tələb edildiyi zaman borclunun yerinə alacaqlıya ödəmə etməyi öhdəsinə götürməsidir. Digər məzhəb müctəhidlərinə görə isə, kəfalət əqdi nəticəsində borc həm borclunun, həm də kəfilin zimmətində sabit olur. Əbu Yusuf, Şafii, Maliki və Hanbəlilərə görə, kəfalət əqdi, kəfilin mücərrəd olaraq borcu öhdəsinə götürməsi ilə gerçekleşir. Yəni kəfalətin rükunu təklifdən ibarətdir. Əbu Hənifə və Məhəmməd əş-Şeybaniyə görə, kəfalətin rüknü kəfilin təklifi və alacaqlının qəbulundan ibarətdir. [3]


Ödül (cu’l, ceale):

Bu, müəyyən bir işi yerinə yetirənə verilməsi əvvəldən öhdəlik götürülən ücrət və ya mükafat deməkdir. Ödül vermə öhdəliyi bağlayıcı olmayan əqdlərdandır. Yəni ödül vəd edən şəxs qarşı tərəfin razılığı olmadan tək tərəfli iradə ilə bu vədindən dönə bilər. Ödülü haqq edən şəxs, bunu zorla ala bilməz. Lakin möminin sözünü tutması İslam əxlaqındandır. Məsələn, itkin əşyanı tapıb gətirənə, su tapana qədər quyu qazana, imtahanda yüksək nəticə göstərənə, bir xəstəliyi sağaldana müəyyən bir ödül vəd etmək kimi. Yenə Quran-i Kərimi əzbərləyənə Həcc imkanı təmin etmək öhdəliyi də ödül kimidir.




Hənəfilərə görə, bir iş üçün ödül qoyma bağlayıcı deyil, çünki bunda bilinməzlik (ğarar) və risk (hatar) vardır. İşi yerinə yetirən nə qədər əmək sərf edəcəyini bilmədiyi kimi, nəticənin kiçik bir əməyin ardından əldə edilməsi halında da ödül ilə əmək arasında bərabərlik olmaz. Buna görə burada iş və ya kira əqdi xüsusiyyətləri yoxdur. Bununla birlikdə verilecek bir ödül alana meşru olur. Şafii, Maliki və Hanbelilərə görə isə ödül qoyma caizdir. Dayandıqları dəlil, Hz. Yusuf qissasından bəhs edən ayətdir:

"Dedilər ki: Biz kralın ölçəyini axtarırıq, onu tapana bir dəvə yükü (ödül) vardır. Bir başkası da; mən ona zaminəm, dedi." [4]  Hz. Peyğəmbər (s.a.v.)'in Huneyn günü söylədiyi hədis də bunu dəstəkləyir: "Kim bir düşməni öldürərsə onun əşyaları və təchizatı onundur."


Buna görə, "ödül qoyma" işçi, işveren və ya memur-əmir münasibətləri arasında olarsa, əmək ilə nəticə arasında bilinməzlikdən və dəyərsizlikdən söhbət gedə bilər. Əgər ödül qoyulan mövzuda, ödül qoyanın bir yararı yoxdursa və ödülün məqsədi qarşı tərəfi yalnız bir işə nail olmağa təşviq etməkdən ibarətdirsə, yuxarıda bəhs edilən bəlirsizliklər əhəmiyyətini itirir. Məsələn, məktəb birincisi üçün əvvəldən elan edilən bir ödül səbəbindən tələbələrin çox çalışması, özləri üçün boşuna sərf edilmiş əmək sayılmaz. Belə bir ödül müvəffəqiyyət üçün təşviq edici bir rol oynar.

1 - Əl - Meydani, ƏL - Lübab, lV, 170; Zeylayi, Tebyinul-Hakaik;
2 - Əl - Maidə, 5/89; Ən - Nahl, 16/91;
3 - Ibnul Humam a.g.e. V, 390; Əl - Kasani, a.g.e. Vl, 2;
4 - Yusuf 12/72;

Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın /  Baskı Tarihi: İstanbul / 2016 


Əqdin Tərəfləri