Təklif və Qəbul əqdin rükünlərini təşkil edir. Bir şeyin əsası olan və onun ən qüvvətli yanını təşkil edən hissələrə “rükün” deyilir. Rükünlərdən biri olmadıqda, o şey bütövlüyünü itirir və yox hesab olunur. İbadətlərdə rükü, səcdələr və qiraət namaza aid rükünlərdəndir. Muamələlərdə isə icap, qəbul və əqdin mövzusu (mahal) rükündür.
Hanəfilərə görə, əqd edəcək tərəflərdən birinin razılığa işarə edən söz, əməl və davranışı icap; qarşı tərəfin iradə bəyanı isə qəbul sayılır. Məsələn, satış əqdi zamanı satıcı və ya alıcıdan ilk təklifdə bulunanın iradəsi “icap”, digərinkisi isə “qəbul”dur. Məcəllənin tarifi belədir: “ İcap inşâ-yı tasarruf içinibtida söylenilen sözdür ki, tasarruf onunla isbat olunur ” [1] “ Kabul, inşâ-yıtasarruf için sâniyen (ikinci olarak) söylenilen sözdür ki onunla akit tamamolur. ” [2]
Hanəfilər xaricindəki İslam hüquqşünaslarına görə isə, təklif; sonradan söylənsə belə, təmlik edəcək şəxsin sözüdür. Qəbul isə, əvvəl söylənmiş olsa belə, mülk ona veriləcək şəxsin sözüdür. Məsələn, bir satış əqdi zamanı, satıcının iradə bəyanı, prinsip olaraq “icap”, alıcınınki isə “qəbul”dür. [3]
Təklif və qəbul sözlə ola biləcəyi kimi, məktub və ya elçi vasitəsilə, hətta heç danışmadan pulu qoyub malı alma şəklində də ola bilər. Məsələn, çörək, qəzet, jurnal kimi qiymətləri hər kəs tərəfindən bilinən bəzi şeylər, pulu qoyularaq alına bilir.
1 - Məcəllə mad. 101
2 - Məcəllə mad. 102
3 - el - Kasani, Bedaius-sanayi, 2-ci nəşr.
Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın / Baskı Tarihi: İstanbul / 2016