Əqdlər mülki hüququn sahələrindən biri olduğu üçün ilk əvvəl ümumi olaraq mülki hüquq barəsində məlumat vermək məqsədəuyğundur. Mülki hüquq şəxslərarası əmlak və qeyri-əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. [1] Müasir İslam hüququ kitablarında mülki hüquq əsasən iki bölmədən ibarətdir. Birinci bölmədə öhdəliklər, öhdəliklərin mənbələri (mənbələr birtərəfli, ikitəfərli və ya çoxtərəfli iradə ifadəsindən əmələ gələn öhdəliklərdir. Burada xüsusilə ikitərəfli və ya çoxtərəfli iradə ifadəsindən əmələ gələn öhdəliklər olan əqdlər, ünsürləri, şərtləri, qisimləri, bütlan və fəsad terminləri və s. kimi mövzulardan bəhs olunur), hökmləri, xitam verilməsi, qanun, əsassız varlanma (haqsız qazanc), qanunsuz hərəkətlər kimi mövzular işlənir. İkinci bölmədə isə, əqdin növləri haqqında bir-bir məlumat verilir. Belə ki, alğı-satqı, həvalə, rəhn (girov), kəfalət (zaminlik), ariyət (əvəzsiz istifadəyə vermə), vəkalət, vədiə (əmanət), icarə, şirkət və onun növləri, eləcə də faizlə bağlı məsələlər haqqında ətraflı məlumat verilir. [2]
Əqd borcun mənbəyi olan müqavilələrin ən
əhəmiyyətlisidir. Hüquq tarixində mülkiyyətin
səbəbləri arasında “sahibsiz malı ələ keçirmək”dən
sonra ikinci sırada gəlir. Bəşəriyyətin tanıdığı ən
qədim hüquq müəssisələrindən birini təşkil edən
əqd İslamın ilkin olaraq gəldiyi cahiliyyə ərəbləri
tərəfindən də bilinir və istifadə olunurdu. Ona görə
də, Qurani-Kərim və hədislər onu tərif etmədən
qeyd etmiş və onunla bağlı hökmlər ortaya qoymuşdur. İslam hüququnun əsas mənbələrindən
biri olan Sünnə “isimli əqd”lərlə əlaqədar olaraq çoxlu sayda şərhlər və hökmlər verməklə yanaşı, ümumiyyətlə, əqd termini fərdlə fərd və ya
cəmiyyət arasındakı himayədarlıq və köməkləşmə
sazişi üçün istifadə olunmuşdur. [3] Qurani-Kərimdəki “Ey iman gətirənlər! Əhd lərinizi yerinə yetirin (sadiq olun)” [4] ayəsində qeyd
olunan “əqd” kəlməsi həm termin, həm də çox
geniş mənada istifadə olunmuşdur. Bu səbəbdən
ayədəki “əqdlər” ifadəsi həm Allah ilə bəndələri,
həm də insanların öz aralarında bağladıqları bütün
müqavilələri əhatə edir. Nisyə bağlanan müqavilə
növləri isə yuxarıda da qeyd olunan “müdayinə
ayəsi” olan “Bəqərə” surəsinin 282-ci ayəsində bildirilir. [5] Lüğətdə “ipin iki ucunu bir-birinə bağlamaq” [6] mənasına gələn əqd kəlməsinin termin mənası
“hüquqi bir nəticəni meydana gətirmək üzrə iki
tərəfli iradənin bir-birinə müvafiq olaraq açıqlanması”dır. [7] Yəni, əqd mülki hüquq müna si bətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli ira də
ifadəsidir.[8] Başqa sözlə, əqd tərəflərin iradə ifadələrinin birləşmələri ilə təşəkkül edən və hüquqi
bir nəticə meydana gətirən müqavilədir. [9]
Yuxarıda qeyd edilən təriflərdən aydın olur
ki, birincisi, hüquqi bir nəticə meydana gətirmək
məqsədilə ortaya qoyulan və bir-birinə uyğun olan
ikitərəfli və ya çoxtərəfli iradələrin ifadəsi əqddir.
İkincisi də, birtərəfli iradə ifadəsi ilə əqd meydana gəlmir. Ancaq sözügedən anlayış İslam hüquq tarixində yavaş-yavaş formalaşmaqla yanaşı,
birtərəfli iradə ifadəsi ilə əqdin meydana gəlibgəlməməsi məsələsi hələ də ixtilaflı məsələ olaraq
qalmaqdadır. Çünki İslam hüquqşünaslarının bir
hissəsi ikitərəfli iradə ifadəsini əqd hesab edərkən,
əksəriyyətə görə isə, birtərəfli iradə ifadəsi ilə də
əqd bağlanmış olur. Nəticə etibarilə, bu kimi əqdlər
olan vəsiyyət, hibə (bağışlama), ariyət (əvəzsiz
istifadəyə vermə), qərz (borc vermə), kəfalət (zaminlik), rəhn (girov) kimi müqavilələrin yalnız
təkliflə, yoxsa həm təklif, həm də qəbul ilə bağlanması məsələsində ixtilaf edirlər. [10]
1 - “Ensklopedik hüquq lüğəti”, Bakı 1991, s. 324..
2 - Hayrettin Karaman, “Anahatlarıyla İslam Hukuku”, Ensar
yay., İstanbul 1997, III, 24-25.
3 - bax. Buxari, Kəfalət, 4; Əbu Davud, İmarət, 18, 38.
4 - Maidə, 5/1.
5 - HayreĴin Karaman, “Akid”, DİA, II, 251.
6 - İbn Mənzur, “Lisanül-ərəb”, “əqd” maddəsi.
7 - Heyet, “İlmihal”, DİA, II, 343.
8 - Azərbaycan Respublikasının Mülki Məcəlləsi 324.1-ci
maddə.
9 - Mehmet Akif Aydın, “Türk Hukuk Tarihi”, Hars yay., 6.
Baskı, İstanbul 2007, s. 406.
10 - Karaman, “Akid”, DİA, II, 252
Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı Bakı 2014