Əqdin Tərəfləri

Bir əqddə iki tərəfin olması əsasdır. Bunlar əqdi edən tərəflərdir. Bir tərəf təklif edir, qarşı tərəf də qəbul edici vəziyyətindədir. İslam hüququ əqdin xüsusiyyətinə görə, tərəflərdə bir sıra əhəmiyyətli şərtləri tələb edir. Alış-veriş və ya evlilik əqdi edəcək olan şəxsin ağıllı və yetkin olması, malının ona təslim edilməsi üçün şəxsin ruşd yaşına çatması kimi. [1]

Bir əqddə ən az iki şəxsin olması əsas olsa da, əqdi edən şəxsin vəli (himayədar) və ya vəkil olması və ya təsərrüfun tək tərəfli iradə ilə meydana gələcək xüsusiyyətdə olması halları istisnadır. Məsələn, bir ata vəli sifəti ilə öz malını kiçik uşaqlarına məqbul qiymətlə, hətta insanların adətən aldana biləcəyi bir satış qiyməti ilə sata bilər və yenə onların mallarını eyni şəkildə ala bilər. Bu hökm istihsan prinsipinə əsaslanır. [2] Nikah əqdində də iki tərəfin birdən vəlisi və ya vəkili vəziyyətindəki şəxs, iki tərəfi təmsil etdiyi üçün, hüquqən iki şəxs hökmündədir.


İslamda bəzi təsərrüflar tək tərəfli iradə ilə meydana gəlir. Bunlar əqddən çox, şəxsi borc yükü altına girən və başlanğıcda qarşı tərəfin qəbul şərtinə bağlı olmayan təsərrüflərdır. Əqd termini; satış, kira, rehin kimi iki şəxsin iradəsi ilə meydana gələn muamələləri əhatə etdiyi  kimi, tək tərəfli iradə ilə nəticə verən vəqf, adak, yəmin kimi təsərrüfləri də əhatə edər. Təsərrüf isə daha geniş anlamlı bir söz olub; bir kimsədən öz iradəsi ilə meydana gələn və dinin özü üçün bir hökm qoyduğu hər söz və ya feldir. Təsərrüf sözü; satış, hədiyyə, vəqf və bir haqqı etiraf anlamı daşıyan sözləri; mübah olan şeyləri əldə etməyi; istehlak və istifadə kimi felləri əhatə edir. Bu, istər satış və ovlama kimi şəxsin xeyrinə olan bir söz və ya fel olsun, istərsə də vəqf, vəsiyyət, oğurluq və ya qətl kimi ziyanına olsun nəticə dəyişməz. Bu duruma görə hər əqd bir təsərrüfdür, lakin hər təsərrüf bir əqd deyildir.


1 - Əz  - Zuhayli 116 vd. 
2 - Əl - Ənam 6/152


Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın /  Baskı Tarihi: İstanbul / 2016 


Təklif və Qəbul
Əqdin ünsürləri