Əqdin hökmü

Əqdin hökmü bağlanan müqavilədən əmələ gələn hüquqi nəticələrdir. Müqavilə nəticəsində tərəflərdən biri və ya əksər hallarda ikisinə hüquq və öhdəliklər yüklənir. Məsələn, bağlanan alğı-satqı müqaviləsi nəticəsində satılan malın mülkiyyəti alana keçir, alıcı da aldığı malın dəyərini ödəməklə məsuldur. 

Hər bir əqdin özünə məxsus hüquqi nəticəsi vardır. Mülkiyyətin dəyişdirilməsi ilə nəticələnən müqavilələrdə əqdin hökmü mül ki yyətin qarşı tərəfin mülkiyyətinə keçirilməsi, istifadə hüququ təmin edən müqavilələrdə istifadə hüququnun qarşı tərəfə təhvil verilməsidir.[1]


[1] Aydın, “Hukuk Tarihi”, s. 414.


Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014 

Bütlan və Fəsad nəzəriyyəsi