İnsanın ömür boyu edə biləcəyi və ya qarşılaşa biləcəyi bütün əqd növləri ayə və hədislərdə yer almışdırmı? Yoxsa bu mövzuda insanlar ümumi əsaslar çərçivəsində sərbəst buraxılmışdır? Başqa bir deyimlə əqdlərdə əsas olan "haramlıqdır" yoxsa "mübahdır"? Aşağıda bunu izah etməyə çalışacağıq.
Bir qisim fəqihlərə görə, əqdlərdə ümumi prinsip haramdır. Əqd növləri ayə, hədis və ya icma ilə müəyyən olunmuş olanlardan ibarətdir. Bu səbəbdən nəslərdə yer almayan bir əqd etmək caiz deyildir. Çünki İslam insanı başıboş buraxmamış, onun bütün həyatını və gündəlik işlərini qeyd altına almışdır. Şəri bir dəlilə və ya sabit bir təmələ dayanmayan bir əqd növü dində həddi aşmaq və dinin çərçivəsi xaricinə çıxmaqdır. Belə bir əqdi yerinə yetirmək də lazım deyil.
Zahirilərin də daxil olduğu bu görüşün əsaslandığı dəlil sünnətdir. Hədislərdə belə buyurulur: "Kim, haqqında əmrimiz olmayan bir əməl işlərsə, onun bu işi rədd olunur." [1] Bəzi insanlara nə olur ki, Allahın kitabında olmayan şərtləri qoyurlar. Allahın kitabında olmayan hər hansı bir şərt batildir. İstərsə yüz dənə şərt olsun. Allahın kitabı ən doğru və Allahın qoyduğu şərt ən sağlamdır." [2]
Buna görə, nikah, satış, kirayə, salam, şirkət kimi yalnız ayə və ya hədislərdə adları çəkilən əqd növləri keçərlidir. Nəsrlərdə zikr olunmayan əqdlər keçərsiz olduğu kimi, nəsrlərə zidd olan müqavilələr də nəticə doğurmaz. Müşrik qadınla mömin bir kişinin edəcəyi evlilik əqdi ilə faizli ticarət əməliyyatları buna nümunə göstərilə bilər. Allah Təala belə buyurur: "İman etmədikcə müşrik qadınlarla evlənməyin." [3] "Allah alış-verişi halal, faizi isə haram etdi." [4]
1 - Buxari, Büyu,60, Muslim, Akdiyye, 17, 18.
2 - Buxari, Büyu, 67, 73, Nəsai Büyu 85.
3 - Əl Bəqərə - 2/221
4 - Əl Bəqərə - 2/275
Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın / Baskı Tarihi: İstanbul / 2016