İslamda Əqd Anlayışı

Əqd sözü, ərəb dilində "ƏQD" feilindən bir məsdər olub, lüğətdə; bağlamaq, düyün etmək, bir şeyin iki ucunu bir-birinə bağlamaq deməkdir. Bu bağ maddi və ya mənəvi xarakterli ola bilər. "İpi bağladı, satışı bağladı, sözü bağladı, bir şey üzərində niyyət və qərarını bağladı" kimi ifadələrdə bu mənalar görülür.


İslam fiqhində əqd ümumi və xüsusi iki mənaya malikdir. Ümumi mənada əqd; şəxsin yerinə yetirməyə yönəldiyi hər cür sərəncam və borclanmanı əhatə edir. Bu mənada əqd; vəqf, ibra, boşanma və and kimi tək tərəfli iradə bəyanı ilə meydana gələ biləcəyi kimi; satış, kirayə, vəkalət və girov əqdi kimi iki tərəfin iradəsi ilə də meydana gələ bilər. Burada əqd; borclanma, borc yükü altına girmə mənasına gələn "iltizam" ilə eyni mənalıdır.




Xüsusi mənada əqd isə; icab və qəbulun mövzu üzərində məqbul şəkildə bir-birinə bağlanmasından ibarətdir. Məcəllədəki təhrif də buna bənzərdir: " Akit, tarafeynin bir hususu iltizam ve taahhüd etmeleridir ki icap ve kabulün irtibatından ibarettir." Buna görə, əqd, əqdi edənlərin iradələrinin, əqd mövzusu üzərində hökm doğuracaq şəkildə birləşməsi ilə meydana gəlir. Məsələn, bir şəxs digərinə; "Bu malımı sənə bu qiymətə satdım" desə, bu bir "icap" olur. Alıcının da "aldım" və ya "qəbul etdim" deməsi "qəbul" sayılır. Burada, əqdi edənlər səlahiyyətli isə, əqdin nəticəsi meydana gəlir. Bu da malın mülkiyyətinin alıcıya keçməsi, satıcının da alıcı borcundakı satış dəyərinə haqq qazanmasıdır.


Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın /  Baskı Tarihi: İstanbul / 2016 

Qərz müqaviləsi