İcarə müqaviləsi

İslam hüquqşünasları icarə müqaviləsini müxtəlif formalarda tərif etmişlər. Bunlardan ən mühüm olanları isə iki tərifdir: birincisi, icarə müqaviləsi “məlum bir mənfəəti məlum əvəz müqabilində satmaqdır”; ikinci tərifə görə isə, “bir əvəz müqabilində mənfəət üzərində müqavilə bağ lamaqdır”.[1] Yəni, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.[2] 

İslam hüququnda icarə müqaviləsi həm daşınan, həm daşınmaz əmlak, həm də əmək müqaviləsini əhatə edir. İcarə müqaviləsi hər iki tərəfin də öhdəlikləri olduğu üçün ikitərəfli və bağlayıcı (lazım) bir müqavilə növüdür. İcarə müqaviləsində müqavilənin predmeti istifadəyə verilən mənfəətdir. Alğı-satqı müqaviləsindən fərq li olaraq icarə müqaviləsində tam mülkiyyət yox, naqis mülkiyyət əmələ gəlir.

İcarə müqaviləsi mənfəətin mənbəyi baxımından “eyn icarəsi”“insan icarəsi” olmaqla iki qisimdir. Eyn icarəsi əşyanın istifadəsini təmin edən icarə müqaviləsi olmaqla “daşınan və daşınmaz əmlak”“heyvan icarəsi”ni əhatə edir. İnsan icarəsi isə bu günkü ifadəsi ilə “əmək müqaviləsi” mənasına gəlir.[3] 


Alğı-satqı müqaviləsində olduğu kimi icarə müqaviləsinin də əsas ünsürləri təklif və qə buldan ibarətdir. İradə ifadəsində istifadə edilən sözlər adət-ənənəyə bağlıdır. Bu səbəbdən icarə müqaviləsini bağlamaq üçün adət-ənənəyə müvafiq istifadə edilən sözlər iradə ifadəsi sayılır.[4] 

Bundan əlavə, qeyd etmək lazımdır ki, sadəcə müqavilə bağlamaqla kirayə müqabilində veriləcək əvəz vacib olmur. Belə ki, kirəkeş pulu nağd verərsə, kirayə verənin mülkiyyətinə keçir, eləcə də kirəkeş kirayə predmeti olan mənfəəti əldə edən kimi kirayə pulunu ödəməyə borclu olur. Kirayə pulunun ödəmə vaxtını tərəflər müəyyənləşdirir. Əşya və heyvan icarəyə götürülə bildiyi kimi, insan da sənətindən, işindən, əməyindən və xidmətindən istifadə etmək məqsədilə icarəyə götürülə bilər və buna “icareyi-adəmi” adı verilir. Bu gün əmək müqaviləsi olaraq bilinən bu müqavilədə əməyini icarəyə verənə “əcir” adı verilir. “Əcir” də öz növbəsində “xas” “müştərək” olmaqla iki növdür. Əciri-xas yalnız icarəyə götürən üçün iş görür. Əciri-müştərək isə, hər kəslə müqavilə bağlayaraq iş görən sənətkardır. Məsələn, dərzi, bərbər, təmirçi və s. kimi sənətkarları misal vermək olar.[5]


[1] Ali Bardakoğlu, “İcare”, DİA, XXI, 380.
[2] Azərbaycan Respublikasının Mülki Məcəlləsi 675-ci maddə.
[3] Ali Bardakoğlu, “İcare”, DİA, XXI, 380.
[4] Karaman, “Anahatlarıyla İslam Hukuk”, III, 266.
[5] Karaman, “Anahatlarıyla İslam Hukuku”, III, 267.


Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014 

Alğı-satqı müqaviləsi