Əqdləri müxtəlif cəhətdən qisimlərə bölmək olar. Aşağıda əqdlərin müxtəlif baxımdan bir sıra qisimləri qeyd olunur:
A. Qanunilik baxımından:
1. Qanuni (halal olan) əqdlər: mülki hüquq mü nasibətinin əmələ gəlməsində qanunun (dinin, şəriətin) qadağa qoymadığı əşyalar üzərində, üsuluna uyğun olaraq bağlanan müqavilələrdir.
2. Qeyri-qanuni (haram olan) əqdlər: qanunun (dinin, şəriətin) qadağan etdiyi, caiz hesab etmədiyi əqdlərdir. Bu növ əqdlərə doğulmamış heyvanı satmaq, cinayət törətmək məqsədilə bir insanı kirayə götürmək və s. kimi əqdləri misal vermək olar.[1]
B. Etibarlılıq baxımından:
1. Səhih (etibarlı) əqdlər: ünsürləri və digər şərtlərində hər hansı bir nöqsanlıq olmayan əqdlər etibarlı əqdlərdir və bununla mülki hüquq mü nasibəti əmələ gələrək bütün hüquqi nəticələr mey dana gəlir.
2. Qeyri-səhih (etibarsız) əqdlər: ünsürlərində və ya digər şərtlərində hər hansı bir nöqsanlıq olan əqdlər qeyri-səhih (fasid və ya batil), yəni etibarsız əqdlərdir. Əksər alimlər burada batil ilə fasid məĢumunu bir-birindən fərqləndirməmişlər. Lakin hənəfilər batil əqdlərlə fasid əqdləri bir-birindən fərqləndimişlər. Belə ki, hənəfilər qeyri-səhih əqdləri iki qismə bölmüşlər. Bunlardan biri batil, digəri isə fasiddir:
a. Batil əqdlər: batil əqdlər ünsürlərində və ya iniqad (meydana gəlmə) şərtlərində, yəni ün sürlərlə bağlı digər şərtlərdə hər hansı bir nöqsanlıq olan əqdlərdir. Məsələn, şərabın alğı-satqısı batildir. Çünki əqdin predmeti qeyri-mütəqəvvim (iqtisadi baxımdan heç bir dəyəri olmayan) bir maldır.
b. Fasid əqdlər: fasid əqdlər isə, ünsürləri və iniqad şərtləri yerində olmaqla yanaşı, səhhət (etibarlılıq) şərtlərində hər-hansı bir nöqsanlıq olan əqdlərdir. Məsələn, əqdin predmetində qeyrimüəyyənlik əqdin fasid olmasına gətirib çıxaran bir nöqsanlıqdır. Həmçinin, vaxtı müəyyən edilmədən bağlanan kirayə müqaviləsini burada misal vermək olar. Hənəfilərə görə, bu kimi müqavilələrdə fasidlik səbəbinin ortadan qalxması ilə həmin əqd etibarlı olur.[2]
C. Eynə (əşyaya və ya mala) bağlılıq baxımından:
1. Eyni əqdlər: bu əqdlər ariyət (əvəzsiz istifa dəyə vermə), vədiə (əmanət), qərz (borc), hibə (bağışlama) və rəhndən (girov) ibarət olan beş növ əqddir. Predmeti olan malın verilməsi ilə başa çatdığı üçün bu ad altında cəmləşdirilmişdir.
2. Eyni olmayan əqdlər: malın və ya əşyanın verilməsinə bağlı olmayan, sadəcə olaraq təklif və qəbul ilə bağlanan müqavilələrdir.
Ç. Etibarlılıq vaxtı baxımından:
1. Nafiz əqdlər: bunlar bağlandığı vaxtdan eti barən etibarlı olan əqdlərdir. Çünki əqdin tərəflərində müqavilənin etibarlılığına mane olan hər hansı bir xüsusiyyət olmamaqla yanaşı, üçüncü bir haqq sahibi və onun razılığına da ehtiyac yoxdur.
2. Mövquf əqdlər: haqq sahibinin sərbəst iradəsi və razılığının alınmadığı əqdlərdir. Məsələn, hədə-qorxu gələrək bağlanan müqavilələr, eləcə də üçüncü şəxs adına vəkalətsiz və icazəsiz bağlanan müqavilələr mövquf əqd hesab olunur. Bu kimi əqdlər müvafiq şəxsin razılığı olana qədər etibarsızdır və hüquqi münasibət əmələ gəlməmiş hesab olunur.[3]
D. Bağlayıcılıq baxımından:
1. Lazım əqdlər: bağlandıqdan sonra tərəflər üçün məcburi olub təktərəfli və ya ikitərəfli razılıqla pozulması mümkün olmayan əqdlərdir. Bunun ən bariz nümunəsi nikah müqaviləsidir. Bu müqavilə müxtəlif səbəblərdən sona çatar. Ancaq qətiyyətlə keçmiş münasibəti və ondan irəli gələn bəzi hüquqları ortadan qaldırmaq mümkün deyil.
2. Qeyri-lazım əqdlər: hər iki tərəf və ya tərəflərdən yalnız biri üçün gərəkli olmayan və pozma hüququ olan tərəf üçün istənilən vaxt pozula bilən əqdlərdir. Tərəflərdən biri üçün gərəkli olan əqdlərə nümunə kimi kəfalət (zaminlik), rəhn (girov); hər iki tərəf üçün də bağlayıcı olmayan əqdlərə isə ariyət (əvəzsiz istifadəyə vermə), vədiə (əmanət) və vəkalət müqavilələri misal verilə bilər.[4]
E. Qarşılığı olub-olmaması baxımından:
1. Əvəzli: tərəflərin hər ikisinə də müəyyən öhdəliklər yükləyən və ya fayda təmin edən əqdlərə əvəzli əqdlər deyilir. Məsələn, icarə müqaviləsini əvəzli əqdə misal vermək olar.
2. Əvəzsiz əqdlər: tərəflərdən yalnız birinə fayda təmin edən əqdlərə isə əvəzsiz əqdlər deyilir. Əvəzsiz əqdə isə təbərrü (bağışlama, hibə) əqdlərini misal göstərmək olar.[5]
Ə. Şəkil baxımından:
1. Şəkil ilə olan əqdlər: qanuna müvafiq olaraq əmələ gəlməsi üçün şəkil baxımından müəyyən şərtlərin mövcud olması ilə bağlanan əqdlərdir. Bu əqdlərə misal kimi nikah müqaviləsi göstərilə bilər. Belə ki, nikah müqaviləsi şahidlərin hüzurunda bağlanmalıdır. Əks təqdirdə, nikah müqaviləsi etibarsızdır.
2. Razılıqla olan əqdlər: şəkil baxımından hər hansı bir qeyd-şərt olmayan, sadəcə, tərəflərin iradə ifadələrinin bir-birinə uyğun olması ilə meydana gələn əqdlərdir. Məsələn, alğı-satqı müqaviləsi ikitərəfli razılıqla bağlanan əqddir. Belə ki, sözügedən müqavilədə yalnız qanuna müvafiq şəkil də iradə ifadə olunmalıdır və bundan başqa hər hansı şərt yoxdur.[6]
[1] Karaman, “Akid”, DİA, II, 252.
[2] Aydın, “Hukuk Tarihi”, s. 407.
[3] Karaman, “Akid”, DİA, II, 252; Aydın, “Hukuk Tarihi”, s.
408
[4] Karaman, “Akid”, DİA, II, 252; Aydın, “Hukuk Tarihi”, s.
408.
[5] Sənhuri, “Məsadirül-haqq”, I, 179.
[6] Aydın, “Hukuk Tarihi”, s. 409
Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014