Alğı-satqı müqaviləsi

İslam hüququnda alğı-satqı müqaviləsi mülkiyyəti qarşı tərəfə keçirən, bağlayıcı (lazım), ikitərəfli və razılıq əsasında bağlanan bir əqd olub, isimli əqdlərin ən başda gələnidir. İslam hüququnda qarşılıqlı razılığa xələl gəlməməsi şərti ilə əqd və onun forması sərbəst buraxılmışdır. Alğı-satqı müqaviləsi ilə bağlı mənbələrdə qeyd edi lən təfərrüatlar və bir sıra məhdudlaşdıran hallar əsasən razılığı zədələyən nöqsanlıqlar və təhlükələrdən tərəfləri qorumaq məqsədi daşıyır. 

Ümumiyyətlə, İslam hüquqşünasları tərəfindən alğı-satqı müqaviləsi belə tərif edilmişdir: “Malın mülkiyyətə keçirilməsi məqsədilə malla mübadiləsidir”. Ancaq tərifdə qeyd edilən “mal” anlayışına paralel olaraq sözügedən müqa vilənin əhatə dairəsi azalır və çoxalır.[1] Yəni, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.[2] 

Alğı-satqı müqaviləsinin ünsürləri, bağlanması üçün tələb olunan şərtlər, etibarlılığı üçün lazımi şərtlər və hökmü ilə bağlı yuxarıda qeyd edilən “əqd” bəhsində ətraflı məlumat verilmişdir.


[1] Geniş məlumat üçün bax. Ali Bardakoğlu, “Bey”, DİA, XXXVI, 13-19.
[2] Azərbaycan Respublikasının Mülki Məcəlləsi 567-ci maddə.


Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014 

Əqdə xitam vermək