İslamda Sosial Sərvət, İdarəetmə - Bazar Münasibətləri

Xülasə etdiyimiz bu kitab, Cengiz KALLEK tərəfindən 1994-cü ildə Marmara Universiteti Sosial Elmlər İnstitutunda təqdim etdiyi doktorluq dissertasiyasının genişləndirilmiş formasıdır.


GİRİŞ


İnsanın dünyadakı varlıq səbəbini İslam və Qərb dünyası iki ayrı cəbhədə düşünməkdədir. Burada İslam "xəlifə mərkəzli" yanaşma ilə, Qərb isə "bəşər mərkəzli", yəni insanı mərkəzdə yerləşdirən yanaşma ilə təməl olaraq ayrılmaqdadır (s.4).


Bu bölümdə vurğulanan başqa bir məqam Allahın "xəlifəlik" mövqeyini niyə mələklərə deyil, insana yükləməsidir. Mələklərin yalnız təsbih və təqdis etmələrinə görə mələklər insanlıqdan üstün görünərkən, yerdə xəlifəlik vəzifəsinə insan "əql etmə" xüsusiyyəti ilə daha uyğundur (s.8).


Bölümün davamında Qərbin maddi rasionallığı ilə İslam inancının vacib tələbi olan qulluq və Allah razılığı üstünlüyü müqayisə edilmişdir. Bu çərçivədə Adəm və Həvvanın cənnətdə sınanması hadisəsi müzakirə edilmiş və şeytanın Allah razılığını nəzərə almayan maddi yönləndiriciliyi Qərbin rasionallığı ilə əlaqələndirilmişdir (s.16-17). Bir müsəlman hər şeydən əvvəl Allah razılığını itirmə ehtimalını hər qərarında yoxlamalıdır. Müsəlman üçün əsas rasionallıq öncə Allah razılığıdır deyə bilərik.


BÖLÜM 1


Bu bölüm "bazarlar" başlığı ilə mövzuların tarixçələri ilə əlaqələndirərək izah edilmişdir. İlk alt başlıq olaraq Kapital Bazarı sahəsi açıqlanmışdır. İslam dövləti ticarət yollarını əhatə edən Nil və Dəclə-Fərat (Mesopotamya) vadilərini, ikinci xəlifə Ömər dövründə başlayıb onun xələfi Osman dövründə genişlənən fəthlərlə birlikdə, Sasani və Bizansdan almışdır. Həmçinin gələcəkdə beynəlxalq əhəməyyətli İpək və Ədviyyat yollarının hakimiyyətini qurma imkanı əldə edərək tarixin gedşatını dəyişmişdir.


İslam dövlətində ödəmə baxımından qızıl və gümüşə əsaslanan ikili metal sistemi qüvvədə idi. Digər bir ifadə ilə fəth edilən yerlərdə istifadə olunan mövcud pul vahidləri istifadəyə davam etmişdir. Dövriyyədə xırda pul ehtiyacını qarşılamaq üçün mis pullar da mövcud idi.


Ərəblərin əvvəlcədən istifadə etdikləri Bizans və Sasani pulları ticarət əlaqələrində asanlıq təmin etdiyi üçün Hz. Ömər dövründən etibarən eyni şəkildə istifadə edilərək üzərlərinə İslam dövlətinə aid olduğunu göstərən bəzi yazılar əlavə edilərək yeni sikkələr də kəsilmişdir. O dövrlərdə mövcud pullar eyni şəkildə istifadə edilərək üzərlərinə Allah sözü və İslamı təmsil edən ifadələr də həkk edilmişdir (s. 34).


Bölümün "b" başlığında Ribanın izahı verilmiş və Ribadan uzaq durmaq tarixi çərçivədə ələ alınmışdır. Ribanın iki fərqli növ olduğu qeyd edilmiş və bunlar ayrılıqda izah edilmişdir. Bunlardan birincisi Ribə'l-cahiliyyə və ya ribə'n nəsiə olaraq günümüzdə kredit sistemindən bildiyimiz prosesn təməlidir. Ribə'l-fadl və ya ribə'n naqd isə eyni iki şeyin dəyişdirilməsindən qaynaqlanan fərqə qarşılıq gəlir. Bu sistem hədislərlə geniş izah edilmişdir.


Ribə'l-fadlın haramlığı hökmündə ixtilafa düşən alimlər qeyd edilməklə birlikdə, ümumi rəy hökmün keçərliliyi üzərindədir. Hz. Peyğəmbərin "qızıl qızıl ilə, gümüş gümüş ilə dəyişdirilərkən eyni çəkidə olmalıdır, artıq verən də alan da atəşdədir" hədisi rəvayət edilmişdir. Bu hədisdən yola çıxaraq Hz. Ömər də bazarda müşahidə etdiyi tətbiqlərdə dinar və ya dirhəmin öz növü ilə alım-satımlarında nağd və çəkicə bərabər olmaları gərəkdiyinə dair xütbələr vermişdir (s.48). İşçilik fərqi olsa belə bunun nəzərə alınmadan çəkicə bərabərlik əsas götürülmüşdür.


Hz. Ömər'in nəzarət zamanı qarşılaşdığı ticarətçilərə "bizim bazarlarımızda müvafiq dini hökmləri bilməyən ticarət edə bilməz. Əks halda istər-istəməz faiz yeyər!" xəbərdarlıqları olduğu bildirilir.


İslam dövlətində Əsri səadət dövründə iqtisadi quruluşun qaydalarını qoymaq məqsədi ilə bəzi qurumlar yaradılmağa çalışılmışdır. Bölümün "c" başlığında dövrün maliyyə qurumları ilə əlaqədar izahatlar verilmişdir. Əsri səadət dövründə bu günkü mərkəzi bank və ya xəzinəyə qarşılıq gələn Beytülmalın quruluşu və funksiyaları izah edilmişdir. Beytülmal dövlət başçısının səlahiyyəti və məsuliyyətində daxili borclanmaya gedir, lazım gəldikdə xüsusi şəxslərə müxtəlif istehlak, investisiya və ticarət kreditləri açırdı. Burada əsas məsələ kreditlərin vaxtında faizsiz olaraq ödənməsini əsas götürürdü. Vaxtında ödənilməyən borcların isə borcludan əlavə müddət tanınması beytülmal əmini (məmuru/məsulu) təmin edirdi.


Məvduat toplamaq yenə qurumun bir funksiyası olaraq, əmanət deyil, bir borc mahiyyətində yürüdülürdü (s.54). Kredit vermə funksiyası isə tərtib edilən "sak" adlı borc sənədinə qarşılıq gələn sənədlər ilə izlənilirdi. Yenə pul köçürmələri isə "süftəcə" adlı sənədlər ilə şəhərlərarası hətta millətlərarası ticarət əməliyyatlarını belə asan və təhlükəsiz hala gətirirdi.


Bu bölümdə izah edilən sak (çek), havalə (aval) və süftəcə (poliçe) kimi kredit vasitələri avropalılar tərəfindən yalnızca xaçlı yürüşləri zamanı müsəlmanlardan öyrənilərək istifadə edilmişdir (s.59).


Bölümün "d" başlığında səhabələrdən bəzilərinin əlində zamanla böyük miqdarda varidat əldə etmələri araşdırılmışdır. Böyük nağd sərvətlərə sahib bəzi səhabələrin, ticarət, kənd təsərrüfatı hətta mədənçilik kimi ali işlərlə qazanc əldə etdikləri; sözügedən sərvətlərini yenidən investisiyaya və ticarətə yönəltdikləri məlumdur. Əvvəlki bölümdə qeyd edilən əmanət, kredit, həvalə, kəfalət kimi müxtəlif maliyyə əməliyyatları da ticarətlərini bu mənada dəstəkləməkdədir.


Bir müsəlman qazancından bir hissəsini səxavətlə paylaşarkən ticarətdə az və ya çox verməmək adına hesabatçı və diqqətli ola bilər ki, bu vəziyyəti qərbin sadəcə rasionallığı ilə qarışdırmamaq lazımdır. Belə ki, kitabda kapitalist ruh ilə mütəşəbbüs ruhu fərqinə diqqət çəkilməkdədir (s.61).


Yenə müsəlmanların mudarəbə şirkətini olduqca effektiv istifadə etmələri bu nöqtədə əhəmiyyətlidir.


O dövrdə nadir hallarda da olsa rast gəlinən qanunsuz yollardan sərvət əldə etmə cəhdlərinə verilən mali cəzaları "müsadərə, məhv etmə və pul cəzası" olaraq izah edilmişdir. Müsadərə çərçivəsində İslam xəlifəsi zəkat toplamaqla mükəlləf olan vəzifəliləri tez-tez hesabat verməyə alırdı. Burada məqsəd bir sui-istimalın qarşısını almaq və çəkindiricilik təmin etmək idi. Bu mənada həm Hz. Məhəmməd həm də İslam xəlifələri güzəştə getməməkdə idi.


Hz. Ömər xəlifəlik dövründə həm məmurların, həm də qohum və dostlarının dövlətə aid mallardan istifadə etməsində imtiyaz əldə etmə şübhəsi olmaması üçün onları nəzarət altında saxlayırdı. Hətta hər kəsə tanınan hüquqlardan belə qohumlarına uzaq durmaları üçün diqqət yetirirdi. Kitabda (s. 68 və 69) həm oğlu Abdullah, həm də xanımı ilə bağlı məsələlər nümunə kimi göstərilmişdir.


Bəzi dedi-qodulara baxmayaraq, üçüncü xəlifə Osman da bu məsələdə oxşar tədbirlər görmüşdür.


Dördüncü xəlifə olan Hz. Əli də əvvəlki xəlifələrin təcrübələrinə əsaslanaraq valilər, vergi yığanlar və qohumlarına qarşı həssas davranırdı. Hər hansı bir imtiyaz vəziyyətini cəzasız buraxmırdı.


Hz. Peyğəmbər və xəlifələr dövlətin qanuni yollarla qazanmayan sərvətləri müsadirə və ya məhv etmək kimi maliyyə öhdəliklərini yerinə yetirməyənlərə cərimələr tətbiq edirdilər (s.72).


"Marketlər" başlığının ikinci alt başlığı "Torpaq Bazarı" mövzusuna həsr olunmuşdur. Burada əsas məqamlar bunlardır: Hz. Ömərin rəhbərliyi ilə ilk xəlifələr mühafizəkar siyasət tətbiq edərək təbii resursların daha səmərəli və gələcəyə yönəlik balanslı istifadəsinin vacibliyini vurğulamışlar. Həmçinin Allahın yaratdığı xəlifələr olaraq, resursların istifadəsində nəsillər arası ədalətin təmin edilməsinə dini məsuliyyətlərini yerinə yetirmişlər.


Fəthlərlə birlikdə müsəlmanlar üçün alınabilən və işlənə bilən ərazilərin sayında nisbi artım baş vermişdir. Beləliklə, onlar torpağın həm geniş, həm də intensiv istifadəsini həyata keçirmişlər.


Yenə də fəthlərlə birlikdə İslam dünyasına axan sərvət sayəsində daim yüksələn rifah səviyyəsi zamanla çoxlu ehtiyac maddəsinə doymuşluq yaratmış və nəhayət torpağa investisiya edilməyə başlanmışdır. Əslində, torpaqsız xalqı torpaq sahibi etmək və ərazisi olanları istehsalata təşviq etmək ilk İslam dövlətinin ümumi siyasətidir. Bu istiqamətdə tədbirlərin başında İqta və İhyaü'l-məvat (ölü torpaqların dirildilməsi) gəlir. Dövlətin kənd təsərrüfatı inkişaf məqsədli torpaq ayırma siyasəti, təmizləmə, drenaj, suvarma, bənd çəkmə və s. işlər nəticəsində daha kasıb, dirildilməsi çətin və marjinal ərazilərin kənd təsərrüfatına açılması yolu ilə torpağın iqtisadi təklifini artırmışdır (s.76).


Torpaq tələbini və dolayısıyla qiymətini təsir edən mühüm amil əhalidir. Çünki o dövrün ərəbləri arasında yayılmış qəbilə təəssübü xüsusilə daha çox kişi övlada sahib olmaq üçün geniş ailələrin yaranmasını və beləliklə əhalinin artmasını doğururdu.


Əslində, İslam tarixinin ilk əsrində hakim köçəri və kəndli müsəlman cəmiyyətlərinin şəhərləşməsi ilə birlikdə təbii resurslara olan tələbat artmışdır.


Yeni fəth edilmiş xərac torpaqlarına xüsusi mülkiyyət Hz. Ömər dövründə qadağan idi, lakin sonradan bu qadağanın aşılması və xərac torpaqlarına xüsusi yerləşim görülmüşdür. Eyni zamanda, minik və yük heyvanlarının mülkiyyətinin yayılması nəqliyyatı sürətləndirmiş və ticarəti asanlaşdırmışdı.


Əsri-Səadətdə torpaq bazarı elə canlanmışdı ki, tələbi artan çorak torpaqlar belə dəyər qazanmışdı. "Marketlər" başlığının üçüncü alt başlığı "Əmək Bazarı" mövzusuna davam edilmişdir.


Mühacirlər Məkkədən Mədinəyə gəldiklərində əllərində heç nə yox idi. Ənsar isə torpaq və mülk sahibi idi. Bu vəziyyətdə iki qrup arasında "yarıcılıq" müqaviləsi bağlanaraq məşğulluq problemi həll edilmiş oldu.


Yenə Xeybərin fəth edilməsindən sonra bölgədən uzaqlaşdırılacaq yəhudilərin tələbi ilə Hz. Peyğəmbər tərəfindən kənd təsərrüfatı işlərində "yarıcılıq" tətbiqi uyğun görülmüşdür. Bu vəziyyət, məğlub olmalarına baxmayaraq, yəhudilərə zülm olmadığının açıq bir sübutudur. Yenə Hz. Ömər dövründə müharibə ilə fəth edilən İraq, Suriya və Misirdə ələ keçirilən torpaqlar döyüşçülər arasında paylanmayaraq xərac vergisi qarşılığında yerli əhalinin idarəçiliyinə verilmişdir.


Hz. Peyğəmbər dövrünün sonlarına doğru dövlətin institusionallaşması və sərhədlərin genişlənməsi ilə birlikdə ticarət, kənd təsərrüfatı, sənətkarlıq və heyvandarlığın yanında məmuriyyət yeni məşğulluq sahəsi olaraq ortaya çıxmışdır. Fəth edilən bölgələrə maaşlı valilər, qazılar, vergi yığanlar, xəzinədarlar, bölücülər, çəkicilər, mühtesiblər, müəllimlər, imamlar, mühafizəçilər və s. müxtəlif dövlət məmurları təyin edilmişdir. Xəlifə-i Raşidin dövründə yeni iş imkanları ortaya çıxmış və mövcud məmuriyyət sistemi tamamilə genişlənmişdir. Hz. Məhəmməd və Hz. Ömər dövrlərində sənətkarlıq da xüsusilə dəstəklənən peşə qruplarından idi (s.102).


Mənbə: İSEFAM - İslam Ekonomisi ve Finansı Uygulama ve Araştırma Merkezi 

İslam Cəmiyyətinin İqtisadi Quruluşu