Müəllif, mənbələrin bölgüsünün insanların ehtiyaclarına görə deyil, maliyyə kriterlərinə görə yönləndirildiyini, ancaq bir çox sahədə maliyyəyə ehtiyac duyulduğunu və lazımi maliyyənin faizsiz təmin edilə bilmədiyini ifadə etmişdir. Bunun ardından 21-ci əsr insanının ən çətin vəzifəsinin faizsiz bir maliyyə mexanizmi icad etmək olduğunu bəyan edir. Bu mexanizm icad edilərsə, pulun insana hakim olmadığı, insanın pula hakim olduğu bir dövrün gələ biləcəyini açıqlamışdır. Faizsiz maliyyənin bir çox problemi aradan qaldıracağını müdafiə edən müəllif, bu fikrin nə qədər utopik görünsə də, tarixdə xəyal və imkansız kimi görünən köləliyin aradan qaldırılması, hər kəs üçün təhsil kimi fikirlərin gerçəkləşdiyini göstərərək, faizsiz bir dünya vizyonunun da gerçəkləşə biləcək bir xəyal olduğunu göz önünə sərir.
ÜMUMİ BAXIŞ
Müəllif bu bölümdə İslamın hər kəsə və bütün millətlərə bərabər imkanlar təqdim etdiyini, İslamın sərbəst bazar iqtisadiyyatını müdafiə etdiyini və dövlət müdaxiləsinin iqtisadiyyat üzərində güclü təsirinin qarşısını aldığını qeyd etmişdir. İnsanın yerdə Allahın xəlifəsi olaraq mövcud olduğunu, bu səbəblə hər hərəkətindən Allaha qarşı məsul olduğunu və İslamın hər səviyyədə hesabatlılıq sistemi nəzərdə tutduğunu vurğulamışdır.
Kapitalist sistem maddəyə həddindən artıq dəyər verir. Ancaq İslam iqtisadiyyatı əsas önəmi əxlaqi inkişafa verir və maddi uğurlara ikinci dərəcədə önəm verir. Kapitalizm xüsusi mülkiyyəti başqasının malına zərər vermədikcə mütləq hüquq olaraq qəbul edir və istədikləri kimi sərf etmə azadlığı tanıyır. Amma İslam mütləq mülkiyyət hüququnu yalnız Allah üçün tanıyır. İnsanlara da yer üzündə mənbələrdən yararlanma imkanı verilmişdir, ancaq insan rizqini halal yolla qazanmalıdır və qazancını istədiyi kimi sərf etməkdə azad deyildir. İnsan mənbələri uyğun şəkildə istifadə etmək məsələsində Allaha qarşı məsuldur. Kapitalist iqtisadiyyat iqtisadi problemlərə şovinist yanaşma gətirmişdir. Hər dövlət digər dövlətlərin mənafeyini nəzərə almadan yalnız öz mənafeyinə uyğun siyasətlər izləməkdə və iqtisadi qərarlar qəbul etməkdədir. İslami görüşə görə, dünya bütün insanların istifadəsi üçün yaradılmışdır. Bu səbəblə hər kəsin başqalarına mənfi təsir edəcək iqtisadi siyasətlər qurarkən məsləhətləşməsi və əməkdaşlıq etməsi lazımdır.
İqtisadi güc bu gün faiz gəlirinin rifahın kasıbdan zənginə doğru axmasına səbəb olması, az risk ilə böyük kapital toplama imkanları və texnologiyanın faydalarının böyük şirkətlərinə təxsis edilməsi səbəbindən kapitalist iqtisadiyyatlarda cəmləşmişdir. Əksik məşğulluğu aradan qaldırmaq üçün investisiyaları təşviq etməyə, investisiyaları təşviq etmək üçün isə aktiv dövlət müdaxiləsinə ehtiyac duyulur. Özəl sektor da mal və xidmət satışını artırmaq məcburiyyətində hiss edərək reklamlarla süni tələbat yaratmağa çalışır.
İslam, tədarük və tələbat əsaslı sərbəst bazar təklif edir. İqtisadi gücün yığılmamasını təmin edir, yığılacaq olsa belə təsirini azaldır.
Kapitalist sistemdə pul mübadilə vasitəsi olmaqla yanaşı, meta kimi də dəyərləndirilir. Digər metalar kimi onun da qiyməti var. Bir kimsə və ya bir ölkə borc alacağı zaman aldığı borc üçün də pul ödəmək məcburiyyətindədir. Bu da zəngin təbəqəyə böyük bir mənbə axını təmin edir. İnkişaf etməkdə olan ölkələr, mənbə təmin etmək üçün borc aldıqda təxminən 50% faiz də ödəyirlər. Əvvəllər faiz və inflyasiyanın tərs mütənasib olduğu düşünülürdü, amma artıq doğru mütənasib olduğu araşdırmalarla bizə göstərir. Hökumətlər inkişaf üçün böyük borclar alır, bunu ödəmək üçün lazımi mənbəyə malik deyildir və bu vəziyyət də inflyasiyaya səbəb olan açıq maliyyələşməyə yol açır.
İslam, mənbələrin tükənmədiyi, daha çox mövcud mənbələrin qorunması üzərində qurulmuş bir iqtisadiyyatı nəzərdə tutur. Faydalı məlumatlar insanlarla birbaşa paylaşılmalıdır. Bu əməkdaşlıq içində dostca bir dünyanın yaranmasına töhfə verəcəkdir.
İSLAM İQTİSADININ MAHİYYƏTİ
İslam iqtisadiyyatına olan marağın artmasının bir neçə səbəbi var. Birincisi, əsas axına qarşı olan narazılıqdır. İkincisi, əsas axının səthi və insan təbiətinə zidd fərziyyələrə sahib olmasıdır. Üçüncüsü, kapitalizm müstəmləkə dövründə bir çox sosial problemləri gözardı etmişdir. Dördüncüsü, beynəlxalq iqtisadi sistemdə istismarın institusionallaşdırılmasıdır.
İslam iqtisadiyyatı, insanın iqtisadi problemlərinə yeni bir baxış bucağı təqdim etməkdə, ədalətli və daha humanitar mədəniyyətə rəhbərlik etmək potensialına malikdir. Bununla yanaşı İslam iqtisadiyyatı sahəsində nəzəri tədqiqatlar bəzi səbəblərdən kifayət qədər deyil. Birincisi, bu sahədə inkişafı rəhbərlik edəcək müsəlmanlar travma keçirmiş və Qərbin siyasi üstünlüyü də müsəlmanların sorğulama ruhuna zərər vermişdir. Bu da müsəlmanların bilik inkişaf etdirməsinə mane olmuşdur. İkincisi, bütün təhsil sahələrində Qərbin üstünlüyü vardır. Üçüncüsü, İslam iqtisadiyyatının fərziyyələrini sınamaq üçün kifayət qədər empirik məlumat yoxdur. Dördüncüsü, peşəkar iqtisadçılar müsəlman iqtisadçıların nəyi müdafiə etdiyini bilmirlər. Beşincisi, müsəlmanların bəziləri də kapitalizm, sosializm və İslamın qarışığı olması fikrinə qapılmışlar.
Müəllif bu bölümdə İslam iqtisadiyyatının tərifini bu şəkildə vermişdir: “İslam iqtisadiyyatı, yer üzündəki mənbələrin, əməkdaşlıq və iştirak əsasında təşkil edilməsi ilə həyata keçirilən, insan rifahının tədqiqini məqsəd götürür.” (s.36)
Bu tərifdə 3 əsas anlayış var: rifah, mənbələr, əməkdaşlıq və iştirak.
Rifah çox geniş bir anlayışdır. Termin olaraq inkişaf etmək, xoşbəxt olmaq, məqsədə çatmaq kimi mənalara gəlir. Rifahın şərtləri dörd başlıqda təsnif edilmişdir: mənəvi, iqtisadi, mədəni, siyasi.
Mənəvi şərtlər: xüşu, təqva, zikr, tövbə, təzkiyədir.
İqtisadi şərtlər: infaq, faiz qadağası, məsuliyyət və vədlərin yerinə yetirilməsi, ədalət, təşəbbüsdür.
Mədəni şərtlər: namazın iqaməsi, elm, namus, spirtli içki və qumar qadağası, ətraf mühitin təmizliyi, yaxşılığı əmr etmək, pislikdən çəkindirmək, boş işlərdən uzaq durmaqdır.
Siyasi şərtlər: Allah yolunda mübarizə və dövlətin roludur.
Rifah, hər kəsə məqbul bir həyat və təmiz bir ətraf mühit təmin etmək və bununla yanaşı insan davranışlarını İslami norma və dəyərlərə uyğun yenidən formalaşdırmağı ifadə edir.
Mənbələr, Allah tərəfindən yer üzündə bütün insanların istifadəsi üçün yaradılmışdır. İnsan mənbələrin həqiqi sahibi olmadığından, mənbələrin istifadəsində Allaha qarşı məsuliyyət daşıyır. İslam iqtisadiyyatının məqsədi məhdud mənbələri sonsuz ehtiyacları qarşılamaq üçün bölüşdürmək deyil, insanın rifahı ilə maraqlanmaqdır. İslam yer üzündəki mənbələrin insan rifahı üçün kifayət olduğunu iddia edir. Hər hansı bir yerdə qıtlıq yaranarsa, mənbələrin yenidən bölüşdürülməsi, istehsalın genişləndirilməsi və texniki biliklərin inkişaf etdirilməsi ilə bu qıtlığın aradan qaldırıla biləcəyini müdafiə edir.
Əməkdaşlıq və iştirak - Allah kainatı bir nizam və əməkdaşlıq içində yaratmışdır. Gecə gündüzü, ay günəşi izləyir, amma biri digərinin önünə keçmir. İnsanlar da kainatda olduğu kimi əməkdaşlıq içində hərəkət edib bir-birilə yardımlaşmalıdır. İslam bunun üzərində durur. İnsanlar bir bədənin orqanları kimi düşünülür. Hamısı bir-birilə uyumlu və nizamlı şəkildə çalışmalıdır.
İslam iqtisadiyyatının mənbələri Qurani-Kərim, Peyğəmbərimizin (s.a.v) sünnətləri, İslam Hüququ, Müsəlmanların tarixi və gerçək həyat məlumatlarıdır.
İSLAM İQTİSADININ METODOLOGİYASI
İnsan özü üçün nəyin daha xeyirli olduğunu tam olaraq bilməz, tam bilgiyə ancaq Allah sahibdir. İnsan bilgisi natamamdır və hər fərd həyatda qərar alarkən yol göstərən bir rəhbərə ehtiyac duyar. Bu səbəbdən İslam iqtisadiyyatı ana axım iqtisadiyyatından fərqlidir və İslam iqtisadiyyatı metodologiyasına ehtiyac duyulur.
Metodologiyanın əsas vəzifəsi insana həqiqətə çatmaqda kömək etməkdir. Quran və sünnət İslam iqtisadiyyatının özüdür. Bunlar doğrudur və İslam iqtisadiyyatı bunları doğru qəbul edir. Quran və sünnətdən yola çıxaraq yaxşı metodologiyalar yaradılmışdır, lakin zaman keçdikcə insanların həyat şərtlərinin dəyişməsi ilə alimlərin yaratdığı metodologiyaların bir hissəsi etibarlılığını itirmişdir. Bu səbəbdən günümüzdə metodologiyaları yenidən nəzərdən keçirməyə ehtiyac vardır.
Deduktiv məntiqi düşünmə, iqtisadi agentlərin gələcək haqqında tam bilgiyə sahib olduğunu deyir. Bu, İslam iqtisadiyyatının qəbul edə biləcəyi bir şey deyil. İslam iqtisadiyyatında induktiv məntiqi düşünmə üsuluna müraciət olunur.
İslam iqtisadiyyatı model inkişaf etdirmək yolunda bu şəkildə irəliləyir: Tarixi və institusional olaraq insan davranışlarını müşahidə etmək və mövcud bilgi əsasında hipotez yaratmaq İslam iqtisadiyyatı üçün tək rasional yanaşmadır.
İslam iqtisadiyyatında ümumi bir nəzəriyyə qurula bilməz, çünki bu iqtisadiyyat ancaq vücuda gəldikdə izah və analiz halını alacaqdır. Dolayısıyla İslam iqtisadiyyatına keçiş nəzəriyyəsi, İslam iqtisadiyyatının ümumi nəzəriyyəsinin ilkin şərtidir.
TƏTBİQİ İSLAM İQTİSADİYYATI
Günümüzdə İslami banklar, zəkat, sığorta, vəqf və hisbə kimi islami iqtisadi qurumlar mövcuddur.
İslami banklar ölkələrə faizsiz maliyyə təmin etmək məqsədilə qurulmuşdur. İlk olaraq Ciddədə İslam İnkişaf Bankı quruldu. Daha sonra İslam ölkələrində bir çox özəl İslami banklar qurulmuşdur. Sabit və müəyyən bir gəlir təmin edən maliyyə texnikalarına müraciət etdikləri üçün faizi aradan qaldırmadıqları, sadəcə əməliyyatların adını dəyişdirdikləri yönündə tənqidlər də mövcuddur.
Zəkat, müsəlmanların sərvət və kənd təsərrüfatı gəlirlərindən alınan məcburi vergilərdir. Müsəlmanlıq tarixi boyunca mövcud olmuşdur. Ancaq müstəmləkə dövründə zəkata laqeyd yanaşılmışdır. II Dünya Müharibəsindən sonra bu qurumun canlandırılması üçün hərəkətə keçildi.
Müasir sığorta qurumu İslami prinsiplərə uyğun deyil. Sığorta siyasətinin ancaq bir-birinin zərərini tam olaraq qarşıladığı zaman İslamın mesaj və ruhuna yaxın olacağı təklif edilmişdir.
Vəqf, bir mülkiyyətin daimi olması və müəyyən faydalanıcılar tərəfindən əlçatan olması ilə qurulan bir qurumdur. Osmanlıda çox yaxşı bir səviyyədə inkişaf etdirilmişdir. Son iyirmi ildə də ən yaxşı nümunə çox sayda faydalı və aktiv vəqflərin qurulduğu Türkiyədir.
Hisbə, müsəlman dövlətlərin bazarlarını nəzarət etmək, bələdiyyə xidmətləri təmin etmək və kiçik mübahisələri həll etmək məqsədilə İslamın ilk günlərində qurulmuşdur. Müstəmləkə hökumətləri hisbənin funksiyalarını sekulyar nazirliklərə ötürənə qədər varlığını sürdürmüşdür. Pakistan dəyişdirilmiş bir şəkildə olsa da, bu qurumu canlandırmağa çalışan tək müsəlman ölkəsidir.
Mənbə: İSEFAM - İslam Ekonomisi ve Finansı Uygulama ve Araştırma Merkezi