İslami Bank necə işləyir?

İslami bankların işləmə sistemi belədir:


a) Sistemin fond toplama metodları:


aa) Xüsusi cari hesablar:

TL və ya xarici valyuta ilə açılan, istənilən vaxt qismən və ya tamamilə geri çəkilə bilən, qarşılığında “faiz” və ya “qazanc” ödənilməyən fiziki və ya hüquqi şəxslərə məxsus müddətsiz hesabdır. Geri çəkilmələr hesabın açıldığı valyuta ilə olur. Bu hesab sahiblərinə hər cür bankçılıq xidmətləri təqdim olunur və fond təmin etməkdə üstünlük verilir. Bu hesablar müəssisənin zəmanəti altında olur.


bb) İştirak hesabları:

Ən çox 5 il və ya daha uzunmüddətli TL və ya xarici valyuta şəklində yatırılan fondların müəssisə tərəfindən istifadə edilməsindən yaranan qazanc və ya zərərlərə iştirak etməyi nəzərdə tutan hesablardır. İştirak hesabları müddətinə görə 3 aylıq, 6 aylıq, 1 illik və 1 ildən uzunmüddətli olaraq qruplaşdırılır. Xarici valyuta ilə açılan iştirak hesablarının kər və zərər payı da həmin valyuta ilə ödənilir. Bu hesablarda hesab sahiblərinə "faiz" ödənilmədiyi kimi, sabit gəlir vədi də verilmir. Əsas məbləğin geri qaytarılacağına zəmanət verilmir. Hesabların idarə edilməsi ilə bağlı bütün xərclər müəssisə tərəfindən qarşılanır.


Müəssisənin iştirak hesablarının idarə edilməsindən yaranan qazanc və zərərdən alacağı pay, ümumiyyətlə, təxminən 20% olur.


Başlanğıcda, hesab sahibləri ilə müəssisə arasında "Qazanc və Zərərə İştirak Müqaviləsi" imzalanır və burada iştirak hesabı sahibinin hüquqları və riskləri göstərilir.


b) Fondların istifadə metodları:


aa) Qazanc və zərərə iştirak metodları:
Müəssisə topladığı fondları mütəxəssis bölmələrinin apardığı araşdırmalara əsaslanaraq real və ya hüquqi şəxslərə, "Qazanc və Zərərə İştirak İnvestisiya Müqaviləsi" çərçivəsində təmin edir. Bu yolla, bir ticarət müəssisəsinin bütün fəaliyyətlərinə və ya bir hissəsinə və ya yalnız bir mal partiyasının alqı-satqısına maliyyə dəstəyi verilə bilər. Müəssisə Qazancı müqaviləyə uyğun olaraq əldə edir, zərəri isə ən çox bu işə ayrılmış məbləğ qədər öhdəliyinə götürür.


bb) İstehsal dəstəyi metodu:

Bu metod, müəssisələrin daşınmaz əmlak, xammal, yarımfabrikat maddələr və avadanlıq təmin etmək üçün baş vurduqları hallarda tətbiq edilir. Müəssisə bu malları üçüncü şəxslərdən nağd alır və razılaşdırılan qiymətlərlə vaxtında satır. Bu əməliyyat “Alqı-Satqı Müqaviləsi” ilə həyata keçirilir.


cc) Kirayə metodu (leasing):

Bu, malların və xidmətlərin istehsalında istifadə olunan avadanlıqların, mülkiyyət müəssisədə qalmaq şərti ilə, sərbəst müqavilə çərçivəsində müəssisələrə kirayə verilməsi metodudur. Tərəflər arasında “Kirayə Müqaviləsi” imzalanır. Müqavilə müddətinin sonunda mülkiyyətin kirayəçiyə ötürülməsi üçün razılaşmaq da mümkündür.


dd) Vəsaitlərin alqı-satqı metodu ilə fond təminatı:

İdxal olunan malların və sənədlərin müəssisə tərəfindən nağd alınması və sonradan satılması şəklində həyata keçirilir.


Müəssisə, qeyd edilənlərdən əlavə, xarici valyuta alqı-satqısı, orderli sənəd, faiz sertifikatı, çek, konosament, istiqraz və digər sənədləri tərtib etmək, akreditiv açmaq, təsdiq etmək, gələn akreditivlərin həyata keçirilməsini təmin etmək və oxşar bank fəaliyyətlərini icra edir.[1] 


[1] Faisal Finans Kurumu Ana Sözleşməsi: el-Baraka Türk Kurumu'nun iş sistemi də bənzərdir. Türkiyədə bəzi yeni maliyyə qurumları da yaranmışdır. Bu qurumlarda da əhəmiyyətsiz təfərrüatlar istisna olmaqla, eyni xüsusiyyətləri görmək mümkündür.

Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın /  Baskı Tarihi: İstanbul / 2016 

İslam Bankçılığı nədir?