İslamda bankçılıq xidmətləri faizli kredit olmadan "əmək-sərmayə ortaqçılığı (müzaribə)", "sərmayə ortaqçılığı (müşarəkə)", "icarə (kirayə)", "alım-satım" və "valyuta əməliyyatları (sərf)" və s. kimi əməliyyatları əhatə edir.
Müasir İslam ölkələrində "maliyyə qurumu" adı ilə fəaliyyət göstərən qurumların əsas müqavilələri və para yatıranlarla etdikləri sazişlərə baxıldığında, bu qurumların işlədici (müzarib), gəlir-zərər iştirak hesabına para yatıranların isə sərmayə sahibi (rabbu’l-mal) tərəfini təşkil etdikləri görünür. Çünki işlədici bir şəxs ola biləcəyi kimi, girişimçi ortaqçılıq tipində bir çox şəxslərdən də ibarət ola bilər. Depozit sahibləri üçün də vəziyyət belədir. Müzaribə üsulunda bir şəxsin sərmayəsini idarə etməsi ilə yüzlərlə şəxsin əmanətlərini müddətlərinə görə fərqli fondlarda toplayıb gəlir gətirəcək sahələrdə işlətməsi eyni qaydalara tabedir.
Keçən əsrdən bəri bəzi İslam ölkələrində faizsiz bankçılıq işləri görülmüşdür. Bunların başında "Daru’l-mali əl-İslami" gəlir. Bu maliyyə qurumu 27 iyul 1981-ci ildə Cenevrədə fəaliyyətə başlamışdır və bəzi İslam ölkələrinin dövlət başçıları və ya yüksək vəzifəli şəxslər tərəfindən qurulmuşdur. Başlanğıcda sərmayəsi bir milyard dollar idi və 1981-1983-cü illər arasında Orta Şərq, Afrika və Avropada olmaqla 12 ölkədə 22 şirkət qurmuşdur. İlk iki ildəki fəaliyyətləri nəticəsində öz vəsaitlərini 80%, iş yerlərindəki işçi sayını isə 50% artırmışdır. Dörd əsas qrup çərçivəsində fəaliyyət göstərir:
- İnvestisiya qrupu, bankçılıq qrupu, İslami təkafül (sığorta) qrupu və müəssisələr qrupu.
Darul-mali əl-İslamin məqsədləri belə müəyyən edilmişdir:
1. İslam ölkələrindəki bütün resursları tamamilə hərəkətə gətirmək.
2. İslam ölkələrindəki təbii resursları, insan gücünü, təcrübəni, texniki və mali imkanları ədalətli bir quruluş içində birləşdirərək böyük bir iqtisadi dinamizm əldə etmək.
3. Faizin mənfi təsirlərini aradan qaldırmaq.
4. Müsəlman ölkələr arasında iqtisadi əməkdaşlıq təmin etmək.[1]
Müzaribə üsulunda işlədici sərmayəni özü idarə edə biləcəyi kimi, sərmayə sahibinin icazəsi olduğu təqdirdə, onu daha yaxşı idarə edəcək şəxslərə də verə bilər. Bu vəziyyətdə birinci işlədici ilə ikincisi arasında yeni bir "alt Müzaribə müqaviləsi" bağlanır. Əksinə qərar verilmədiyi halda, ikinci işlədici, gəlir payını birinci işlədicinin payından alır. Burada sərmayə sahibinin gəlir payı dəyişmədiyi üçün, sərmayənin daha uğurlu ola biləcək girişimçilərə alt Müzaribə yolu ilə ötürülməsi, onun gəlir marjını da artıra bilər. Birinci müzarib (işlədici), uğurlu girişimçini tapıb sərmayəni ona təhvil verdiyi və sərmayə sahibinə qarşı məsul olduğu üçün gəlirdə pay qazanır.[2]
Bu vəziyyətə görə, Müzaribə əsasında fəaliyyət göstərən bir İslam bankı işlədici mövqedə olduğu üçün toplanan əmanətləri şəxsən işlətmək məcburiyyətində deyil. Əsas müqavilə çərçivəsində bu əmanətlər (qatılma hesabı fondu), alt Müzaribə müqavilələri ilə yeni işlədicilərə (müzarib) verilə bilər. Yaxud alt müzaribin qoyacağı sərmayə ilə birlikdə "sərmayə ortaqçılığı (müşarəkə)" da təşkil edilə bilər. Bir İslam bankında üç və ya altı ay və ya bir il kimi müddətli əmanətlərin riskə atılaraq müzaribə və ya müşarəkə üsulu ilə istifadə edilməsi İslam bankçılığının ruhuna daha uyğundur. Halbuki, Türkiyə başda olmaqla bəzi İslam ölkələrindəki faizsiz maliyyə qurumları bu fondların böyük bir qismini "Mürabəhə (nəğd alıb, müddətli satma)" yolu ilə istifadə edir. Alt Müzaribə və ya müşarəkə yolu ilə istifadə edilən məbləğ ümumi əmanətlərə nisbətən az yer tutur.[3]
[1] Daru’l-Mali'l-islami Kılavuzu, s. 5 vd.
[2] əs-Səraxsi, a.g.e, XII, 98; əl-Käsänı, a.g.e, VI, 96.
[3] 1985-1988 illəri arasında dörd illik tətbiqatda, Faisal Maliyyə Qurumunda qatılım hesabı fondlarının sadəcə ortalama %5,7-si mənfəət-zərər ortaqçılığı (alt Müzaribə və ya müşarəkə) olaraq, geri qalan %94,3-ü isə istehsal dəstəyi (murabaha) yolu ilə istifadə olunmuşdur. al-BarakaTürk Özəl Maliyyə Qurumunda isə bu orta nisbətlər müvafiq olaraq %6,2 və %93,8-dir. Mənbə: həmin qurumların 1985-1988 illəri arasında olan balans hesabatları.
Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın / Baskı Tarihi: İstanbul / 2016