Faiz qadağasını bildirən ayələrin Mədinədə en son nazil olan ayələrdən olduğu bilinməkdədir. Hz. Ömərin belə dediyi nəql edilmişdir: "Qurani-Kərimin en son nazil olan ayəsi riba yasağını bildirən ayədir. Hz. Peyğəmbər də ribanı tam olaraq açıqlamadan aramızdan ayrılmışdır. Bu səbəbdən, şübhəli olan şeylərdən uzaq durub, şübhəsiz olanları edin." [1]
İbn Hazm isə Hz. Ömərdən gələn bu xəbəri belə tənqid edir: "Riba ilə bağlı bu qədər ağır cəzalar bildirildiyi halda Hz. Məhəmməd bunu necə açıqlamaz? Bəlkə Ömərə açıqlanmayıb, amma başqalarına açıqlanıb." Abdurrazzakın nəql etdiyi bir xəbərə görə, Hz. Ömər belə demişdir: "Biz riba qorxusundan halal şeylərin doqquzunu tərk etdik."[2]
Əksər təfsirçilərə görə, riba ayələri Taifdə yaşayan Səqif Qəbiləsinin faiz problemi ilə bağlı nazil olmuşdur. Bu qəbilə ilə Hz. Peyğəmbərin etdiyi "Taif Anlaşması"na görə, onların başqalarında olan faiz borcları davam edəcək, lakin başqalarının onlardan olan faiz borcları silinəcəkdi. Səqifdən Amr ibn Umeyr oğulları İslamı qəbul edib, faiz borclarının vaxtı gələndə onları toplamaq üçün Məkkəyə adam göndərdilər. Məkkədə yaşayan Muğirə oğulları isə bu borcları ödəmək istəməyincə, aralarında düşmənçilik doğdu və bu məsələ Məkkə valisinə aparıldı. Məsələ Hz. Peyğəmbərə yazıldıqdan sonra faiz ayələri nazil oldu və Hz. Peyğəmbər valiyə yazdı ki, əgər hökmə razı olsalar, nə yaxşı, yoxsa onlara qarşı müharibə elan edilsin. Bundan xəbər tutan Səqif qəbiləsi faiz tələb etməkdən imtina etdi.[3]
Bir rəvayətə görə, riba ayəsi cahiliyyə dövründə Abbas b. Abdülmuttalib və Muğire oğulları ilə bağlı nazil olmuşdur. Onlar bir çox şəxslərə faizlə borc verirdilər və İslam gəlincə onlara yalnız ana pullarını ala biləcəkləri bildirildi.
Ayələrdə belə buyurulur: "Əgər iman edirsinizsə, faizdən qalanı tərk edin."[4] "Belə etməsəniz, Allah və Rəsuluna qarşı müharibə etdiyinizi bilin."[5]
Hz. Peyğəmbərin faiz qadağasını ilk dəfə Məkədə Veda Həcci zamanı öz yaxınlarından başladığı nəql edilmişdir:
"Diqqət edin, cahiliyyə dövründən qalan faizlərin hamısı ləğv edilmişdir. Ləğv etdiyim ilk faiz əmim Abbas b. Abdülmuttalibin faizidir."[6]
Məkkə və Taifin fəthi Hicrətin 8-ci ilində, Veda Həcci isə Hicrətin 10-cu ilində baş vermişdir. Riba qadağası da bu dövrdə gəlmiş və Hz. Peyğəmbər bundan sonra təxminən 81 gün yaşamışdır. Bu müddət ərzində halal və ya haram hökmü bildirən yeni bir ayə nazil olmamışdır.
[1] ibn Hazm, a.g.e, IX, 519; bk. ibn Macə, Ticärät, 58.
[2] ibn Hazm, a.g.e, IX, 519.
[3] əl-Qurtubi, əl-Cami, III, 234, 235; ət-Təbəri, ət-Təfsir, III, 105, 106; Elmalılı, a.g.e, II, 955.
[4] ət-Təbəri, a.g.e, III, 205.
[5] əl-Bəqərə, 2/278.
[6] əl-Bəqərə, 2/279.
Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın / Baskı Tarihi: İstanbul / 2016