GƏLƏCƏYƏ GÜC QAT!
Adil Finans heyyəti İslam maliyyəsi prinsiplərini əsas götürərək fəaliyyət göstərir. İslam maliyyə məhsullarını araşdırmaqla yanaşı,
ekspertləri vasitəsilə bu sahədə bir sıra xidmətlər göstərir. Əsas qayəmiz müştərilərimiz məmnuniyyətidir.
Audit Xidmətləri
Bizneslərinizin şəriət standartlarına uyğunluğunu təmin etmək üçün geniş miqyaslı audit xidmətləri təklif edirik. Peşəkar və təcrübəli ekspertlərimiz, biznesinizin İslam maliyyəsi prinsiplərinə uyğunluğu diqqətlə yoxlayaraq, əməliyyatlarınızın şəriət qaydalarına uyğunluğunu yoxlayırlar.
Konsultasiya
İslam maliyyəsi, faizin (ribanın) qadağan olunduğu, risklərin və gəlirlərin ədalətli bölüşdürüldüyü, etik və sosial məsuliyyətin əsas götürüldüyü bir sistemdir. Bizim məqsədimiz, müştərilərimizin maliyyə ehtiyaclarını bu prinsiplərə uyğun şəkildə qarşılayaraq onların maliyyə rifahını təmin etməkdir.
Biz kimik?
Adil Finans, İslam maliyyəsi prinsiplərinə uyğun maliyyə xidmətləri təqdim edən bir şirkətdir. Bizim əsas məqsədimiz, müştərilərimizin maliyyə ehtiyaclarını dürüstlük, şəffaflıq və ədalət prinsipləri əsasında qarşılamaqdır. Təcrübəli mütəxəssislərimizlə, halal investisiyalar, zəkat hesabatı, İslami kreditlər və audit xidmətləri kimi geniş çeşidli maliyyə həlləri təklif edirik.
Adil Finans ilə Maliyyənizi İslam Prinsiplərinə Tam Uyğun Şəkildə və Dürüstlük Əsasında İdarə Edin!
İslam dəyərlərinə uyğun şəkildə həyata keçirin və maliyyə təhlükəsizliyinizi təmin edin. Bizimlə əlaqə qurun və Adil Finans fərqini yaşayın!
Elçin Çobanov, İcraçı Direktor
12 illik təcrübəyə malik peşəkar maliyyəçidir və hazırda İslami maliyyə xidmətləri təqdim edən Adil Finansın İcraçı Direktoru olaraq fəaliyyət göstərir. Elçin Çobanovun liderliyi altında, Adil Finans müştərilərinə dürüstlük, şəffaflıq və etibarlılıq prinsiplərinə uyğun maliyyə həlləri təklif etməyə davam edir.
Ramiq Hacıyev, Satış Meneceri
6 illik təcrübəyə malik rəqəmsal marketinq mütəxəssisidir və hazırda İslami maliyyə xidmətləri təqdim edən Adil Finansda satış meneceri vəzifəsində çalışır. Ramiq Hacıyev, İslam maliyyəsi prinsiplərinə uyğun olaraq, müştərilərə ən yaxşı xidmətləri təqdim etməyi və Adil Finansın bazardakı mövqeyini gücləndirməyi hədəfləyir.
Sertifikatlarımız
Adil Finans AAOİFİ tərəfindən təqdim edilən və SER-in təşkilatçılığı ilə "İslami Bankçılıq və Məhsulları" adlı Beynəlxalq sertifikatlı təlimində iştirakı ilə daim inkişafa yönəlik bir heyyətə sahib olduğunu isbat etmişdir.
Məlumat Bazası
İslam maliyyəsi sahəsində paylaşdığımız ən son paylaşımları bu hissədən izləyə bilərsiniz. Məlumatlar haqqında fikirlərinizi bizə bildirməyi unutmayın.